Xalq Müdafiəçisi Gürcüstan hökumətinə və Gürcüstanın Elm və Təhsil Nazirliyinə məsləhətlə müraciət edib

news

Gürcüstan Xalq Müdafiəçisi 2017-ci ilin 16 oktyabr tarixində məsləhətlə  Gürcüstan hökumətinə və eləcə də Gürcüstanın Elm və Təhsil Nazirliyinə müraciət edib. Rekomendasiya ictimai məktəblərdə infrastruktur vəziyyətinin yaxşılaşdırılması və şagirdlərin təhlükəsizliyinin müdafiəsi üçün lazımi tədbirlərin aparılmasını nəzərdə tutur. Qeyd edilməlidir ki, Gürcüstanın Xalq Müdafiəçisi Aparatı 2016-2017-ci illər ərzində aktiv olaraq ümumtəhsil müəssisələrinin infrastruktur vəziyyətini və fiziki mühitin inkişafı məsələsini öyrənirdi. Qeyd olunan mövzulara Gürcüstan Xalq Müdafiəçisinin Parlament və eləcə də xüsusi hesabatlarında diqqət yetirilib. Ancaq bir növ vacib məsələlər yenə də həllini tapmadan qalır.

Öyrənilmə nəticəsində müəyyən olunub ki, ümumtəhsil müəssisələrinin vacib hissəsi qəza vəziyyətində və şagirdlər üçün təhlükəli şəraitdə  fəaliyyət göstərir. Vəziyyət dağlıq regionlarda  və kənddə yerləşən məktəblərdə olduqca ağırdır.

2015-2017-ci illərdə Gürcüstanın müxtəlif regionlarında yeni ictimai məktəblərin tikilməsi alqışlanmalı haldır. Ancaq, onların sayı çox azdır. Eləcə də bərpa-möhkəmləndirici reabilitasiya tədbirləri də azdır. Gürcüstanın Xalq Müdafiəçisinin rekomendasiyasında deyilir.

BMT-nin uşaq hüquqları konvensiyası (CRC) və həmin konvensiyanın N1 ümumi şərhinə əsasən, imza atan dövlətlər ümumi təhsilin bərabər əlçatanlığı və ümumtəhsil müəssisələrinin təhlükəsiz fəaliyyət göstərməsinin qayğısına qalmalıdır. Qeyd olunanın təmin olunması üçün, dövlət bütün lazımi tədbirləri aparmalıdır və ümumtəhsil müəssisələrində müvafiq standartlar müdafiə olunmalıdır.

Gürcüstan Xalq Müdafiəçisi qeyd edir ki, aktiv olaraq ictimai məktəblərdə şagirdlərin hüquqi durumunun yaxşılaşdırılmasına istiqamətlənmiş tədbirlərin həyata keçirilməsi vacibdir, eləcə də ümumtəhsil müəssisələrində infrastrukturun vəziyyəti yaxşılaşdırılmalıdır və yeni ictimai məktəblərin tikintisi davamlı şəkildə olmalıdır.

Mənbə: www.ombudsman.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register