Dəmirəl məktəbini bağlayıblar

log

Milli Təhsil Keyfiyyətinin İnkişaf Mərkəzinin məlumatına görə, Dəmirəl məktəbi avtorizasiyadan keçməyib.

Ümumtəhsil müəssisələrinin avtorizasiya şurası bu qərarı 29 avqust tarixində verib. Mərkəzin mətbuat xidmətinin məlumatına görə, müvafiq protokol 10 gün müddətində yayımlanacaq.

Mərkəzdən bildirdiklərinə görə, məktəbin 5 illik avtorizasiya müddəti keçib və ona görə də yenidən avtorizasiya üçün ərizə daxil ediblərmiş. Avtorizasiya üzrə Şura müraciətə bəraət verməyib. Onların məlumatına görə, məktəb bu qərarı apelysiya şurasına şikayət edə bilər.

Mərkəzdən həmçinin bildirirlər ki, avtorizasiya şurası müstəqildir, onun üzvlərini Baş-Nazir təyin edir və şuraya mərkəzin heç bir təsiri yoxdur.

Təhsil Nazirliyindən bildiriblər ki, Artıq Dəmirəl kollecinin keçmiş şagirdlərinə və müəllimlərinə məktəb axtarqmaqda kömək edəcəklər:

“Dəmirəl kollecinin pozuntuları var idi, ancaq, eyni zamanda çox yaxşı şagirdləri və səlahiyyətli müəllimləri var idi. Biz bütün şəraitləri yaradacağıq ki, onların başqa məktəblərə bölünməsi prosesi maksimum dərəcədə zərərsiz olsun. Bir neçə özəl məktəblə danışıqlar aparmışıq, onlar artıq hazır olduqlarını bildiriblər ki, Dəmirəl məktəbindən şagirdləri və müəllimləri qəbul edəcəklər”, – deyə Təhsil Nazirliyindən bildiriblər.

Artıq dördüncü aydır ki, Dəmirəl adına kollecin meneceri, Türkiyə vətəndaşı Mustafa Emre Şabuk həbsdədir. Onu Gürcüstanda Türkiyənin tələbi ilə saxlayıblar. Çabuk 2017-ci ilin mayında saxlanılıb və səbəbi isə onun vəkilinin dediyinə görə, Türkiyə tərəfinin Çabuku “terror təşkilatı FETO”nun işlərinə dəstək göstərməsində günahlandırılmasıdır.

Dəmirəl məktəbi, eləcə də həmkar məktəblər və onların müəllimləri, açıq şəkildə öz yanaşmalarını bildirirlər ki, Mustafa Çabuk yalnız müəllimdir, 15 ildir ümumtəhsil təhsil işləri ilə məşğuldur və heç bir terrorla əlaqəsi yoxdur. Onlar Mustafa Çabukun azad olunması tələbi ilə imza da toplayıblar.

Təhsil naziri, Aleksandr Cecelava 2017-ci ilin mayında bildirib ki, Dəmirəl məktəbi idarəçisinin, Mustafa Çabukun saxlanılması məktəbin fəaliyyətinə problem yaratmayacaqdı.

2017-ci ilin fevral ayında Mustafa Çabuk Dəmirəl kollecinin sahiblərinin (Yusif Altaş, vətəndaşlıq – Gürcüstan, hissəsinin 20%-nin sahibidir, Yaşar Şimşək, Türkiyə – 20%, Cihar Əkin, Almaniya – 60%) etibarnaməsi ilə ictimai reestrə ərizə ilə iki dəfə müraciət edib. Bunun əsasında Dəmirəl kollecinin hissələri Amerika kompaniyasına qeydiyyat olunmalı imiş, ancaq reestr bu tələbi təsdiqləməyib. Çabukun bəyənatı əsasında, Dəmirəl kolleci adını dəyişməli və “Gürcü-Amerika məktəbi metropoliteni” olmalı imiş.

Mənbə: Netgazeti.ge

 

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register