Texno xəbər
Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.
Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən “Koniku” biotexnoloji şirkətinin təsisçisi, nigeriyalı Oşi Agabi partlayıcı maddələri iyindən tanıyan kompüter kəşf edib. “Koniku Koreya” adı verilən modem ölçülü cihazın gələcəkdə robotların beynində yerləşdiriləcəyi planlaşdırılır. Bu kompüter təhlükəsizliyi təmin etmək məqsədilə hava limanlarında istifadə olunacaq.
Rusiyada pilotsuz uçuş aparatları üçün mərmilər hazırlanıb. 50 kiloqramadək çəkisi olan mərmilərin çatdırılma məsafəsi adi uçuş rejimində 12-20 kilometr, mühərriklə 100 kilometrədək çatır. Pilotsuz uçuş aparatları üçün nəzərdə tutulan mərmilərin uzunluğu 1-2 metrdir. Bu mərmilər idarə edilə bilən bombalar adlanır və uçuş zamanı hədəfə tuşlama lazer sistemi vasitəsilə həyata keçirilir.
“Google” şirkəti özünün “YouTube” musiqi xidmətinin yeni dizaynını rəsmən təqdim edib. Dəyişikliklər həm mobil versiya, həm də veb-versiyaya aiddir. Ən radikal dəyişiklik loqotipdə olub. İndi xidmətin adı və qırmızı işarə ayrılıb, bunun sayəsində təsvir ekranın ölçüsünə asanlıqla uyğunlaşır. Tərtibatçılar bildirir ki, yeni dizayn “Google”un “Material Design” konsepsiyasına uyğun hazırlanıb. Bu, interfeysi sadələşdirməyə və əlavə elementləri yığışdırmağa imkan verib. Əsas yeniliklərdən biri gecə rejimidir. Bu funksiya gecə vaxtı istifadəçinin gözünün yorulmasının qarşısını almalıdır. Bundan başqa, xidmət vertikal videoları dəstəkləməyə başlayır. İndi bu cür videolar mobil versiyada qara çərçivə olmadan baxılacaq. Daha bir yenilik ekrana iki dəfə basmaqla videonu irəli-geri fırlatmaq imkanıdır. Mobil versiyada sürətin dəyişdirilməsi opsiyası da var. Tərtibatçılar yeniliyi tədricən bütün dünya üzrə tətbiq edəcəklərini və yeni versiyaya tam keçidin müəyyən vaxt aparacağını deyiblər.
“Google” şirkəti real dünyada virtual obyektləri yerləşdirməyə imkan verən əlavə reallıq platformasını təqdim edib. “ARCore” adlanan platforma barədə “Google”un “Android” tərtibatçıları üçün nəzərdə tutulan bloqunda məlumat verilib. Yeni platforma proqram vasitələrinin toplusundan ibarətdir. Onun köməyi ilə kənar tərtibatçılar öz proqram əlavələrində əlavə reallıq texnologiyalarını reallaşdıra biləcəklər. Kamera, ekselometr və giroskopdan əldə edilən məlumatlar vasitəsilə “ARCore” ətraf məkanda cihazın dəqiq yerləşməsini müəyyən edir. O, ətraf işıqlandırmanı nəzərə alır və tərtibatçılara obyektləri öz əlavələrində real olaraq işıqlandırmağa və ya kölgələr yaratmağa imkan verir. Qeyd edək ki, bu, “Google”nin ilk belə tərtibatı deyil. Bundan əvvəl şirkət “Tango” platformasını təqdim edib, lakin “ARCore”dan fərqli olaraq, “Tango” yalnız bazardakı iki smartfonla işləyə bilir. “ARCore” isə yeni cihazlarla bərabər, artıq mövcud olan “Google Pixel” və “Samsung Galaxy S8” cihazları ilə işləyəcək. “Google” hesab edir ki, sınaq müddətinin sonunda, “ARCore” 100 milyon ədəd cihazda istifadə ediləcək.
Çinin “Xiaomi Mi Home Crowdfunding” platformasında üzgüçülük üçün nəzərdə tutulan eynək təqdim edilib. “Turok Steinhardt” adlanan yeni məhsul 10 dollar dəyərindədir. “Turok Steinhardt” eynəyinin əsas xüsusiyyəti ondan ibarətdir ki, suyun altında dəqiq görməni təmin etmək hazırlanıb. Eynək 3D konstruksiyaya malikdir və silikon altlıq sayəsində başa kip bağlanmağa imkan verir, su keçirmir. Duman əleyhinə xüsusi örtük sayəsində suyun altında görüntünün hər hansı təhrifi istisna edilir. Çin istehsalçısının məhsul çeşidində artıq bir neçə eynək mövcuddur. Onlar arasında duman əleyhinə, zəif görənlər üçün, göy rəngdən müdafiə məqsədli və günəş əleyhinə eynəklər var.
Android One proqramıyla yenilikləri ən qısa müddətdə alacaq olan Xiaomi Mi A1 ilk dəfə göründü. Görünüşə görə Xiaomi Mi 5x modelinə bənzər bir telefon gəlir.Keçmiş günlərdə Xiaomi-nin Android One proqramına daxil ediləcəyi bildirilmişdi. İndi isə Android One ilə ilk Xiaomi modeli olacaq Mi A1 ilk dəfə sızdırıldı. Weibo platformasında ilk vizualları sızdırılan telefon, dedi-qodulara görə texniki xüsusiyyətləri baxımından Xiaomi Mi 5X modelinin təmiz Android interfeysi istifadə edən versiyası olacaq.Təəssüf ki, təqdimat tarixi və ya qiyməti kimi məlumatlar çərçivəsiz ekranla çıxacaq telefon haqqında hələ dəqiq məlumat yoxdur. Android One proqramına daxil olduğu üçün Android yeniliklərinin ən qısa müddətdə alacaq olan telefon, bu mənada təchizatı qədər proqram dəstəyi də iddialı olacaq.
Müəllif: Amil Məmmədov
Amil Məmmədov2286 Posts
0 Comments