Baş-Nazir: Yanğınla mübarizəyə qoşulan adamlara mükafat düşür

bas-nazir

Gürcüstanın Baş-Naziri Qiorqi Kvirikaşvili hökumətin bugünkü iclasında bildirib ki, Borjomidə yanğının aradan qaldırılması işlərinə qoşulanlar mükafatla həvəsləndirilməlidirlər.

O, maliyyə naziri Dimitri Kumsişviliyə bu məsələni həll etməyi tapşırıb.

Borjomidə, Daba kəndində baş verən yanğınla Gürcüstan bir həftə ərzində şəxsi və qonşu ölkələrin texnikası ilə mübarizə aparırdı.

O, təbii fəlakət zamanı öz həyatı bahasına risk edənlərə təşəkkürünü bildirib.

“Premya məsələsini ən qısa zamanda Maliyyə nazirinə tapşırmaq istəyirəm. Bu fəlakətlə mübarizəyə kim qoşulmuşdu hamısı həqiqətən də buna layiqdirlər və bu tamamilə təbiidir”, – deyə Baş-Nazir bildirib.

Mənbə: netgazeti.ge

 

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register