Dəmirəl kollecinin şagirdlərinin valideynləri etiraz aksiyası keçirməyi planlaşdırırlar

news

Dəmirəl kollecinin şagirdlərinin valideynləri sentyabrın 5-də Təhsil Nazirliyində etiraz aksiyası keçirməyi planlaşdırırlar – bu haqda valideynlərdən biri Tengo Şengelia netgazetiyə bildirib.

Aksiyanın təşkilatçıları digər vətəndaşlardan da xahiş edirlər ki, aksiyaya qoşulsunlar.

Milli Təhsil Keyfiyyəti Mərkəzinin Avtorizasiya Şurasının 29 avqust qərarı ilə Dəmirəl kolleci avtorizasiyadan keçməyib və müvafiq olaraq bağlanıb.

“İki övladım var və ikisi də orada təhsil alır. Mənim gözləntim var idi ki, məktəb bağlanacaq, çünki bunların hamısından siyasət qoxusu gəlirdi. Bu güman ki, Türkiyənin təsiri altında qəbul edilmiş qərardır”, – bildirib Tengo Şengelia.

Onun bildirdiyinə görə, aksiyanın əsas tələbi məktəbin avtorizasiyanın bərpası olacaq.

Mənbə: netgazeti.ge

 

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register