Fermerlər təsərrüfatın inkişafı üçün maliyyə əldə edə biləcəklər

surati

   Bu gün, 31 Avqust tarixində Marneuli Bələdiyyəsinin kiçik konfrans zalında fermerlərlə görüş keçirildi. Təşkilatçılığı “Marneuli qadınlar otağı” edirdi. Görüşün məqsədi fermerlərə istifadə edə biləcəkləri qrantlar haqqında məlumat çatdırmaq idi. “Marneuli qadınlar otağı” stajyoru, Mariam Şubitidzenin sözlərinə görə, bu mövzu ilə bağlı ən yaxşı imkan “Marneuli qadınlar otağı” və “İdeyaların İnkişaf Fondunun” birgə işi idi.

“Qadın otağı müxtəlif təşkilat və fondlarla əməkdaşlıq edir və belə görüşlərə rəhbərlik edir. Eləcə də qadın otağına vətəndaşlar müraciət edirlər. Ən önəmlisi isə vətəndaşlarla əməkdaşlıqdır. Bu gün onları məlumat vermək üçün buraya gətirə bilmişik”.

“İdeyaların İnkişaf Fondunun” nümayəndəsinin, Tamaz Vaşakidzenin sözlərinə görə, proqramın əsas məqsədi ölkənin iqtisadi inkişafıdır.

“Vaşinqtonda eyni adla olan təşkilat nümayəndələrindən təklif edilən proqramı həyata keçiririk. Bu proqram qrant sisteminə istiqamətlənib. Əhaliyə imkan verilsin ki kiçik qrantlar çərçivəsində kənd təsərrüfatı işlərini həyata keçirsinlər”.

Arıçı, Raul Kaxadzenin oxşar layihələri marneulili gənc fermerlərin inkişafına dəstək göstərəcək.

“Çox yaxşıdır, marneulidə iş görmək istəyən çoxlu gənc var. Bu bütün gənclərə öz işlərini həyata keçirmək üçün imkandır. Məndə müraciət etmişəm gənclər üçün yaxşıdır bizim məhsulumuz hər yerə çıxacaq”.

“İdeyaların İnkişaf Fondu” 3 illik proqram çərçivəsində, ümum Gürcüstan miqyasında fermerlərlə görüşləri idarə edir.

Radio Marneuli

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register