Tseretelli kəndində “yay məktəbi”nin yekun tədbiri baş tutdu

mekteb-1

Tsereteli kəndində Memorial ərazisində təşəbbüs qrupu “Gələcək klubunun” həyata keçirdiyi “Yay məktəbi”nin yekun tədbiri baş tutdu. Onların əsas məqsədi qeyri formal təhsilin inkişafı və gənclərin ictimai aktivliyini gücləndirməkdir. Layinən koordinatorlarından olan Maka Menteşaşvilinin dediyinə görə, tədbirdə müxtəlif aktivliklər həyata keçiriblər. Bunlardan biri isə “Gələcək klubunun” və “Yay məktəbi” nin təqdimatı idi. Qoşulan gənclərə isə sertifikatlar, kitab vaucherləri tədqim olundu, film nümaişi baş tutdu və eləcədə ugurlu şəxslərin uğur hekayələrini danışmaq üçün dəvət ediblər.

“        Tədbiri həyata keçirdik və qonaq olaraq hər bir millətdən bir nümayyəndə dəvət etdik hansılar ki, öz  uğur hekayələrini iştirakçılarımızla bölüşdülər. Bundan sonra iştirakçıların mükafatlandırılması baş tutdu və gənclərə sertifikatlar və Biblusdan 20 larilik vauçerlər təqdim olundu. Sonra ki, mərhələdə biz gənclərlə birgə filmə baxdıq hansı ki, qeyri rəsmi təhsil haqqında idi. Mən düşünürəm ki, şox maraqlı oldu, ən əsası gənclər motivasiyalı şəkildə qayıtdılar və gələcək aktivliklərdə planlaşdıracağıq”-Maka Menteşaşvili qeyd edir.

 

Maka Menteşaşvilinin dediyinə görə, döğrudur yay məktəbi bu mərhələdə bitdi, ancaq klub çərçivəsində aktivliklər yenədə davam edəcək.

Radio Marneuli

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register