Vahid Milli Hərakat partiyası merlik namizədinin kimliyini elan etmir

nacebi

   Marneulidə seçki qabağı kampaniya başlayıb. Yay ayında bir neçə dəfə Vahid Milli Hərakat partiyasından Merliyə namizəd olaraq deputat Azər Suleymanovun təqdim ediləcəyi səsləndirildi. Ancaq Prezident rəsmi olaraq seçki gününün təyin etdikdən sonar situasiya dəyişdi. Vahid Milli Hərakat partiyasının mətbuat xidmətin namizəd olaraq Azər Suleymanovun adını təstiqləmədilər, ancaq namizədin seçkildiyini və yaxın gələcəkdə elan edəcəklərini qeyd etdilər.

“Namizədimiz həqiqətəndə seçilib ancaq bunu hal-hazırda bildirə bilmərəm, yaxın gələcəkdə təqdimatımız baş tutacaq orada hərşey məlum olacaq”– mətbuat xidmətindən qeyd etdilər.

Azər Suleymanov bu gün Qurban Bayramı ilə əlaqədar olaraq Tbilisi hamamlar meydanında yerləşən cümə məscidinə Tbilisinin merlik namizədi Zaal Udulaşvili ilə birgə baş çəkdi. Radio Marneuli ilə söhbət zamanı Suleymanov da öz namizədliyini təstiqləmədi.

Partiyanın mətbuat xidmətinin qeyd etdiyinə əsasən 10 gün ərzində Hərakatın böyük yığıcağında Marneulinin namizədi təqdim olunacaq və onun kimliyi Marneulili seçicilər üçün ancaq 10 gündən sonra məlum olacaq.

Xatırladaq ki, yerli hakimiyyət seçkiləri 21 oktyabr tarixində baş tutacaq.

Radio Marneuli

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register