Texno xəbər

TexnoXeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

“Facebook” şirkətinə məxsus olan “WhatsApp” messenceri biznes hesab sahibləri üçün bir neçə yeni funksiya istifadəyə verib. Birincisi, sözügedən xidmətin komandası bu və ya digər brendə məxsus hesabın əsilliyini təsdiq etməyə imkan verib. Kontaktın adının qarşısında yaşıl işarə olması bu telefon nömrəsinin biznes hesaba məxsus olduğu deməkdir. Bu funksiya beta-test mərhələsindədir: “WhatsApp” hələ ki yalnız bəzi brendləri təsdiqləyib. Ikincisi, şirkətin nümayəndəsi ilə ünsiyyətə başlayarkən “WhatsApp” bu barədə xəbərdarlıq edəcək. Çat daxilində sarı mesaj bu barədə məlumat verəcək. İstifadəçi biznes hesabla yazışmaq istəmədikdə istənilən vaxt kontaktı bloklamaq imkanı var. Cari ilin yayında “WhatsApp” komandası növbəti rekordu paylaşıb: onun gündəlik auditoriyası (gündə bir dəfə mobil proqramdan istifadə edənlər) 1 milyard təşkil edib. Beləliklə, planetin hər 7-ci sakini “Facebook” şirkətinə məxsus rabitə xidmətinin istifadəçisidir. Hər gün “WhatsApp” messenceri üzərindən 55 milyard mətn mesajı, 4,5 milyard şəkil və 1 milyard video göndərilir. Mobil proqram 60 dildə əlçatandır.

1

Tayvanın “Acer” şirkəti itlər üçün 3 “ağıllı” xalta hazırlayıb. Bundan sonra iti olanlar öz heyvanının sağlamlıq durumuna nəzarət edə biləcəklər. Həmçinin, onun harada olduğunu birbaşa öz telefonlarından izləyə biləcəklər. “iPuppyGo”, “WagTag” və “Munch” adlanan yeni məhsullar hər il keçirilən İFA konfransı çərçivəsində təqdim edilib. Elə orada “Acer” tərtibatçıları hər xaltanın iş prinsipini əyani nümayiş etdiriblər. Bu cür fitnes-trekerlər saxladığı heyvanın durumunu daim nəzarətdə saxlamaq istəyən insanlar üçün çox gözəl vasitədir. Smart-xaltanın köməyi ilə itin nəbzini, əhval-ruhiyyəsini, ürək döyüntüsü, həmçinin evdən çıxıbsa, olduğu yeri müəyyənləşdirmək mümkün olacaq. Qeyd edək ki, bundan əvvəl pişiklər və yenotlar üçün buna bənzər “ağıllı” cihazlar təqdim edilib.

2

“Microsoft” şirkəti “Skype” xidmətinə kod yazmaq imkanını əlavə edib ki, bu da müxtəlif texniki müsahibələr, müzakirələr və ya texniki dəstək üçün faydalı olacaq. Kod redaktoru yalnız “Skype” servisinin masaüstü versiyasında əlçatandır və yalnız “Microsoft Edge” və ya “Google Chrome” (32 bitlik versiyadan başlayaraq) brauzerlərində işə salına bilər. Kod redaktoru pəncərənin əsas hissəsini tutacaq və videozəng pəncərəsi sağ yuxarı küncdə görsənəcək. Hazırda istifadəçilərə 7 proqramlaşdırma dili (C, C++, C #, Java, JavaScript, Python və Ruby) əlçatandır. Kod redaktorunu işə salmaq üçün “skype.com/interviews” linkinə keçmək və “Start Interview” düyməsinə sıxmaq lazımdır. Xidmət tərəfindən yaradılan unikal linkdə həmsöhbət çata qoşula biləcək. Artıq çat daxilində istifadəçi sol küncdə yerləşən düymənin köməyi ilə proqram dilini dəyişdirə biləcək.

3

“Microsoft” korporasiyası süni intellektin öyrənilməsi prosesinin sürətləndirilməsi üçün platforma təqdim edib. “Project Brainwave” adlanan həllin “Azure” “bulud” infrastrukturuna tətbiqi planlaşdırılır. Platforma saniyədə 39,5 trilyon hesablama əməliyyatı yerinə yetirmək gücünə malikdir. Bu, süni intellektə operativ məlumatların real vaxt rejimində emalına imkan verir ki, bu da axtarış sorğuları, video, ötürücü məlumatları ilə işdə və ya istifadəçilərlə əlaqədə əhəmiyyət kəsb edir. Məlumata görə, “Project Brainwave” üç əsas qatdan ibarətdir: yüksək məhsuldarlıqlı paylayıcı arxitektura, “FGPA” (Field-Programmable Gate Arrays proqramlaşdırılan ventil matrisaları) əsasında yaradılan dərin neyron şəbəkə aparat mühərriki (DNN), icra vaxtını göstərən əlavəyə malik kompilyator. “Project Brainwave” hazırda “Microsoft Cognitive Toolkit” və “Google Tensorflow” süni intellekt proqramlarını dəstəkləyir. Gələcəkdə digər əksər platformaların da əlavə olunması nəzərdə tutulur. “Microsoft” həlli 2018-ci ildə “Azure” “bulud” infrastrukturunda tətbiq etməyə hazırlaşır.

4

“Dell” şirkəti “Windows Mixed Reality” platforması əsasında yaradılan “Visor” virtual reallıq qarniturunu təqdim edib. Bu, ABŞ istehsalçısının hazırladığı ilk oxşar qurğudur. Kaska 1440 x 1440 pikselli və 90 QHs takt tezlikli iki ekran, eləcə də istifadəçinin başının dönməsinin izlənilməsi üçün ötürücülər dəsti ilə təchiz edilib. Bundan başqa, “Visor” qurğunun ön hissəsində yerləşən iki kameraya malikdir. Məlumata görə, kompüterə qoşulma üçün qurğuda “HDMI” və “USB 3.0” interfeysləri, həmçinin qulaqcıqlar üçün 3,5 mm-lik audio çıxışlar nəzərdə tutulub. Satışına oktyabrda başlanılacaq “Dell Visor” virtual reallıq kaskasının ilkin qiyməti 350 dollar, iki “Halo VR” manipulyatoru ilə təchiz edilən dəstin qiyməti isə 450 dollar təşkil edir.

5

İT bazarının mütəxəssisləri “Apple” korporasiyasının “ağıllı” eynəklərinin satış rekordları əldə edəcəyini proqnozlaşdırır.  2018-ci ildə cihazı əldə etmək imkanı yaranacaq. Güman edilir ki, smart-eynəklər “iPhone”u da ötəcək və gələn il “Apple”ın ən populyar cihazı olacaq. Bəzi analitiklər əmindir ki, tərtibatçılar keyfiyyətli məhsul hazırlayıblar və smart-eynəklər “Apple Watch”u da geridə qoyacaq. Şirkət bu cihazdan ildə 25 milyard dollara yaxın pul qazana bilər. “Ağıllı” eynəklərin populyarlıq piki isə 2019-cu ilin ortalarına təsadüf edəcək.

6

Çinin aerokosmik korporasiyası CASIC (China Aerospace Science and Industry Corp), özünün Hyperloop nəqliyyatını yaradacağını elan edib. CASIC tərəfindən yaradılacaq Hyperloop, Xubey vilayətinin Uxan şəhərində inşa ediləcək. İnşa ediləcək Hyperloop, maqnit relslərlərdən ibarət olacaq. Sərnişin kapsulları isə bəzən tunellər, bəzən isə yerin üzərində olacaq vakuumlu borular vasitəsilə hərəkət edəcəklər. Güman olunur ki, sərnişin kapsulunun sürəti saatda 1000 km olacaq. CASIC, Çində ilk, dünya üzrə isə Hyperloop Transportation və Hyperloop One şirkətlərindən sonra üçüncü müəssisədir ki, bu cür texnologiyanın yaradılmasını elan edib. CASIC təmsilçilərinin sözlərinə görə korporasiya, sistem mühəndisliyi və səs sürətli nəqliyyat vasitələrinin hazırlanması sahəsində yaxşı təcrübəyə sahibdir. Qeyd etmək lazımdır ki, CASIC, NASA-nın, Çindəki analoqudur.

7

Berlində keçirilən IFA 2017 tədbirində “Lenovo” şirkəti, Moto X seriyasının yeni modelini anons etdi. Yeni Moto X4, büdcəli smartfonlar seriyasına xas olan texniki göstəricilərə sahibdir. Beləliklə Moto X4, 5.2 inç Full HD ekran, 8 nüvəli Snapdragon 630 prosessoru, 3/4 GB RAM, 32/64 GB daxili yaddaş (2 TB-a kimi microSD dəstəyi), biri 12 MP, digəri 8 MP olmaqla ikili arxa kamera, 16 MP-lik ön kamera və 3000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfonun arxa paneli şüşədən ibarətdir. Onun ön hissəsində isə barmaq izi skanı yerləşir. Bundan əlavə olaraq smartfon, IP68 standartına uyğun olaraq sudan və tozdan qorunma özəlliyinə sahibdir. Qeyd etmək lazımdır ki, ikili arxa kameradakı 12 MP-lik obyektiv, adi, 8 MP-lik obyektiv isə 120 dərəcə bucaq görüntüsünə sahibdir. Moto X4, Amazon Alexa səsli assistantı ilə birlikdə satışa çıxarılacaq. Sistem əməliyyatı kimi isə Android 7.1 Nougat təqdim olunacaq. Moto X4, bu ay 475$ qiymətində satışa çıxacaq.

8

Berlində keçirilən IFA 2017 tədbirində “Sony” şirkəti, iki flaqman və bir ədəd büdcəli smartfon təqdim etdi. Hər iki flaqman model, 3D skan texnologiyiasına və yeni nəsil Motion Eye kamerasına sahibdir. Təqdim olunmuş büdcəli smartfon Xperia XA1 Plus, alüminiumlu kənar çərçivələrə sahibdir. Cihaz, 5.5 inç Full HD ekran, Mediatek Helio P20 prosessoru, 4 GB RAM, 32 GB daxili yaddaş, 23 MP-lik arxa, 8 MP-lik ön kamera və 3430 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfonun arxa kamerası, F2.0 optikasına sahib olduğu üçün o, az işıqlı mühitdə keyfiyyətli fotolar çəkməyə qadirdir. 8 MP-lik ön kamera isə genişbucaqlı 23 mm-lik obyektivə sahibdir. Bu büdcəli modeldə olan Smart Cleaner funksiyası isə işlədilməyən tətbiqləri deaktiv etmək və keşi təmizləmək üçün yarayır. Smartfon, Android 8.0 Oreo əməliyyat sistemi vasitəsilə çalışacaq. Xperia XA1 Plus, bu ilin payız fəslində satışa çıxacaq. Xperia XZ1 haqqında məlumatlar və onun fotoları daha öncə də sızdırılmışdı. Bu modelin korpusu dözümlü metaldan hazırlanmışdır. Bundan əlavə olaraq smartfon IP65/IP68 standartlarına uyğun olaraq sudan və tozdan qorunmaya da sahibdir. Onun ekranı isə Corning Gorilla Glass 5 şüşəsi vasitəsilə qorunur. Texniki göstəricilərinə gəldikdə isə Xperia XZ1, 5.2 inç Full HD ekran, Snapdragon 835 prosessoru, Adreno 540 qrafik gücləndiricisi, 4 GB RAM, 64 GB daxili yaddaş, saniyədə 960 kadr çəkən 19 MP-lik arxa kamera, 13 MP-lik ön kamera və 2700 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Bundan əlavə olaraq bu model vasitəsilə 4 rejim üzrə skan etmək mümkündür. Baş hissənin skanı, üz hissənin skanı, yeməklərin skanı və azad şəkildə skan. Xperia XZ1 də Android 8.0 Oreo əməliyyat sistemi vasitəsilə çalışacaq və o, Oktyabr ayında 770$ qiymətində satışa çıxacaq. Flaqman modelin kompakt versiyası olan Xperia XZ1 Compact, 4.5 inç HD ekran, Snapdragon 835 prosessoru, Adreno 540 qrafik gücləndirici, 4 GB RAM, 32 GB daxili yaddaş, saniyədə 960 kadr çəkən 19 MP-lik Motion Eye arxa kamera, 8 MP-lik ön kamera və 2700 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Bu model də Android 8.0 Oreo əməliyyat sistemi vasitəsilə çalışacaq. Qeyd etmək laızmdır ki, kompakt versiyanın ekranı da Corning Gorilla Glass 5 şüşəsi qoruyur. Xperia XZ1 Compact da Oktyabr ayında satışa çıxacaq.

9

İnternetdə dizaynına görə “LG G6” smartfonunu xatırladan “LG V30” smartfon modelinin ilk real fotoşəkili yayılıb. Ictimaiyyətə rəsmi təqdimatı avqustun 31-nə nəzərdə tutulan qurğunun yalnız ön hissəsinin fotoşəkili təqdim olunub. İlkin məlumata görə, “LG V30” əsas ekranı tamamlamaqla “LG V” seriyasının başlıca xüsusiyyətini təşkil edən yardımçı displeylə təchiz edilməyəcək. Bunun əvəzinə isə smartfon tez-tez istifadə edilən funksiyalardan sürətlə yararlanmağa imkan verən və bütün ön paneli əhatə edən bir böyük ekrana malik olacaq. “LG V30” modeli “Qualcomm Snapdragon 835” prosessoru, 4 və ya 6 giqabayt operativ və 32, 64 və 128 giqabayt tutumlu quraşdırılmış yaddaş ilə təchiz ediləcək. Arxa paneldə qoşa kamera və barmaq izi skaneri quraşdırılacaq. Həmçinin, ölçüsü 151,4 x 75,2 x 7,4 mm təşkil edəcək smartfon simsiz enerjidoldurmanı dəstəkləyəcək. Yeni qurğuda qabaqcıl “LG G6” modelində olduğu kimi, “FullVision” formatlı “POLED” ekranından istifadə olunub. Buna baxmayaraq ekran diaqonalı “LG G6” və “LG V20” smartfonlarının displeyindən böyük (6 düym) olacaq. Ekranın təsvir ölçüsü “LG G6”-da olduğu kimi, “Quad HD+” (1440 × 2880 piksel) təşkil edəcək.  Bildirilir ki, “HDR 10” və “Google Daydream” texnologiyalarını dəstəkləyəcək smartfon ilk dəfə olaraq f/1.6 aperturasına və şəffaflığı yaxşılaşdırılan “Crystal Clear Glass Lens” optik şüşəsinə malik kamera ilə təchiz ediləcək. Həmçinin korpusu alümindən ibarət olan və “Gorilla Glass 5” şüşəsi ilə təchiz edilən qurğu “IP68” standartı üzrə suya və toza davamlı olacaq.

10

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register