Marneuli Munisipalitetində Qurban Bayramı qeyd olundu

marneuli

Marneuli Munisipalitetində yaşayan müsəlmanlar Qurban Bayramını qeyd edirlər. Qeyd edilənlə bağlı Munisipalitetin idarəci şəxsləri Marneulidə və müxtəlif ərazi vahidliklərinə baş çəkərək 60 ailəyə qurban sovqatı payladılar və  müsəlmanları bayram münasibəti ilə təbrik etdilər.

Eləcədə Marneuli Munisipalitetinin maliyə xidmətinin rəhbəri Vüqar Məmmədovun dediyinə görə yerli hakimiyyətin təşəbbüsü ilə ehtiyacı olan ailələr üçün xüsüsi olaraq bu günlə bağlı 1760 lari dəyərində  qurbanliq  kəsildi.

Qurban bayramı hər il hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən başlayır və adətən üç gün davam edir. Mərasimlərdə qoyun, qoç, inək, dana və ya dəvə kəsilir. Kəsilən qurbanlar bir hissəsi isə kasıblara paylanır. Hamıya bərabər pay verilir, qurban kəsən özü də bərabər pay götürə bilər. Ənənəyə görə dilənçi və kasıblar bayram günü ac qalmasınlar deyə bu gün mərasimlərə dəvət olunurlar.

Radio Marneuli

 

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register