Dəmirəl kolleci: Şura qərarı məlum olduqdan sonra məhkəməyə müraciət edəcəyik

news

Dəmirəl kolleci bildirir ki, Avtorizasiya Şurasının təsdiqlənmiş qərarı verildikdən sonra qanunla təyin olunmuş qaydada məhkəməyə müraciət edəcəklər ki, “məktəbin şagirdlərinin və müəllimlərinin hüquqları tapdalanmasın”.

“Hazırlaşırıq ki, qanunla verilən şikayət etmək hüququndan istifadə edək ki, ümumtəhsil müəssisəsinin avtorizasiya şurasının qərarı batil hesab edilsin”, – Dəmirəl kollecinin administrasiya bəyənatında deyilir.

29 avqust tarixində Ümumtəshil Müəssisələrinin Avtorizasiya Şurası Dəmirəl Kollecinin avtorizasiya keçməsinə rədd cavabı verib və müvafiq olaraq məktəb bağlanıb.

Kollecin məlumatına görə, bu qərarla 350-yə qədər şagirdin təhsil hüququ məhdudlaşdırılıb və 100-ə qədər əməkdaş işsiz qalıb.

Mənbə: Netgazeti.ge

 

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register