DİN: Avqustun 12-dən 1 sentyabra qədər ağac-kolların kəsilməsinə dair 38 fakt qeydə alınıb

Gürcüstanın Daxili İşlər Nazirliyinin məlumatına görə, Samtsxe-Cavaxeti regionunda 12 avqustdan 1 sentyabra qədər ağac-kolların qeyri-qanuni kəsilməsi və məhsulun sənədsiz transportlaşdırılmasına dair 38 fakt qeydə alınıb.
Müəssisədən bildirirlər ki, ittiham olunanların avtomobilindən qeyri qanuni yolla kəsilmiş ağaclar çıxarıblar. Müvafiq ekspertiza təyin olunub.
Məhsulun sənədsiz transportlaşdırılması, ağac-kolların qeyri-qanuni şəkildə kəsilməsi və ağac-meşənin ilkin çalışma obyektinin texniki reqlamentinin tələblərinin pozulması faktlarına dair istintaq gedir. (Gürcüstanın Cinayət Məcəlləsinin 303-cü maddəsinin 1-ci hissəsi ilə, vergi məcəlləsinin 286-cı maddəsi ilə və administrativ hüquq pozuntusu məcəlləsinin 128-ci maddəsinin 3-cü prima maddəsinin 3-cü hissəsi ilə).
Mənbə: netgazeti.ge
marneulifm1106 Posts
0 Comments