96.9 dalğasında Radio “Marneuli”ni dinləyə bilərsiniz

news4

2017-ci ilin 3 sentyabr tarixindən 96.9 radio dalğasında dinləyicilər Kvemo Kartlidə ilk icma radiosu “Marneuli”ni dinləyə bilərlər. Radio dalğası Marneuli şəhəri və onun ətraf 10 kəndini əhatə edəcək. Bu isə təqribən 100 minə yaxın insan və potensial dinləyiciyə bərabərdir.

Radio “Marneuli”nin (“Xalqın səsi”) ideyası 2007-ci ildə yaranıb, komandanın əmək sərf etməsinə baxmayaraq, entuziazmla dolu gənclər dinləyicilərə səslərini efirdən ötürə bilməyiblər.

2015-ci ildə Radio “Marneuli” üçün yeni mərhələ başladı. Radio Marneulinin hal-hazırkı direktoru, Radio Marneulinin ilk jurnalistlərindən olan Kamilla Məmmədova yenidən yeni komandanın formalaşmasına qərar verdi.

2016-cı ilin iyul ayında Gürcüstanın Kommunikasiyalar üzrə Milli Komissiyası radioya lisenziya verdi.

Bu gün radioda 13 nəfər işlə təmin olunub. Radio gürcü və azərbaycan dillərində yayımlanır. Yayım cədvəli müxtəlif növ maarifləndirici və əyləncəli verlişləri özündə birləşdirir. Əsas hissə yeni xəbərlərə və musiqiyə həsr olunur.

Radio “Marneuli” “Açıq Cəmiyyət – Gürcüstan” fondu və Amerika təşkilatı NED-in dəstəyi ilə fəaliyyət göstərir. Verlişlərin məzmunun formalaşması prosesinə İREX-in trenerləri fəal şəkildə qoşulublar.

Radio “Marneuli” əsas dəyəri həqiqət və əhalinin məlumatlandırılması olan müstəqil media vasitədir!

 

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register