Almaniyada iki nəfər Gürcüstan vətəndaşını qatar vurub
Almaniya mediasının məlumtına görə, Adlingen şəhərində yük qatarının vurması nəticəsində iki nəfər Gürcüstan vətəndaşı həlak olub. Almaniya polisi qeyd olunan məlumatı artıq Gürcüstan sıfirliyinə təsdiqləyib.
Yerli mediada yayılan məlumata görə, iki gənc kişi gecə dayanacaqda hərəkət edirlərmiş. Onlar hərəkət edən yük qatarına diqqət etməyiblər. Almaniya polisinin məlumatına görə, ölənlərdən biri Almaniyada sığınacaq axtarırmış.
Xarici İşlər Nazirliyindən bildiriblər ki, hər iki dünyasını dəyişən şəxsin ailə üzvlərinə qaydaya əsasən baş vermiş hadisə haqqında müvafiq məlumat veriləcək.
Mənbə: Netgazeti.ge
marneulifm1106 Posts
0 Comments