Texno xəbər

Texno Xeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Cənubi Koreyanın “Samsung Electronics” şirkəti ABŞ-ın Kaliforniya ştatında pilotsuz avtomobillərin sınağı üçün icazə aldığını elan edib. Şirkət avtomobil biznesinə daxil olmaq niyyətinin olmadığını da bəyan edib: “Biz gələcəyin ağıllı və daha təhlükəsiz nəqliyyat vasitəsinin axtarışındayıq”. Qeyd edək ki, may ayında “Samsung” Cənubi Koreyada pilotsuz avtomobillərin sınağı üçün icazə alıb. O zaman şirkətdən bildirilib ki, pilotsuz avtomobili əlverişsiz hava şəraitində idarə etməyə imkan verən alqoritmi testdən keçirirlər. ABŞ-da hansı funksiyaların sınaqdan çıxarılacağı haqda isə açıqlama verilmir.

1

“Alibaba” şirkəti KFC şəbəkəsinin Çindəki restoranlarında maraqlı yeniliyin tətbiqinə başlayıb. Burada sifarişi gülüşlə ödəmək mümkündür. Sifarişi ödəmək üçün bank kartı və ya smartfona gərək yoxdur. Sadəcə, müvafiq avtomata telefon nömrəsini daxil etmək və kameranın obyektivinə gülümsəmək lazımdır. Müştərinin şəxsiyyətini tanımaq üçün avtomata cəmi bir neçə saniyə bəs edir. Yenilikdən yalnız “AliPay” ödəniş sisteminin istifadəçiləri yararlana bilər.

2

Android 8.0 Oreo əməliyyat sisteminin təqdim olunmasından bir həftə sonra “Google” şirkətinin proqramçıları, Android P adlı yeni versiyanın hazırlanmasına start veriblər. Məşhur əməliyyat sisteminin yeni versiyasının adı, P hərfi ilə başlayacaq. Qeyd etmək lazımdır ki, yeni Android 8.0 Oreo-nu hal hazırda yalnız Pixel və Nexus smartfonlarının sahibləri əldə ediblər. İndi isə şirkət, yeni əməliyyat sisteminin hazırlanması ilə məşğuldur. Android P, çoxlu sayda Android Open Source Project (AOSP)-də də hallanır. Orda sistem, “master-p” kimi qeyd olunub. Bundan əlavə olaarq Android-in 9-cu versiyasının izləri həmçinin AOSP-də də aşkarlanıb. Əməliyyat sisteminin test edilməsi üçün “Google”un öz smartfonları qeyd edilib. Yəni, Pixel və Pixel XL modelləri. Görünür yaxın zamanda “Google” hamıya tanış olan oyunu işə salacaq. Söhbət, Android-ə adın seçilməsindən gedir.

3

Hələ 10 il bundan öncə microSD kartların maksimal yaddaş həcmi 8 GB idi. İndi isə SanDisk-in yeni yaddaş kartı hesabına smartfonların yaddaş tutumunu 400 GB-a kimi yüksəltmək mümkün olacaq. Berlində keçirilən IFA 2017 tədbirində “Western Digital” şirkəti, SanDisk brendi adı altında 400 GB yaddaş həcminə sahib microSD kartı təqdim etdi. Sözügedən yaddaş kartı təkcə yüksək tutum  həcmi ilə fərqlənmir. O həmçinin A1 sürət səviyyəsinə sahibdir. Bu vasitə ilə tətbiqləri daha sürətli şəkildə yükləmək mümkündür. Kartın yaradıcıları bildiriblər ki, sözügedən yaddaş kartı vasitəsilə məlumatın ötürülməsi, saniyədə 100 Mbit sürətlə reallaşdırılacaq. Bu isə 1 dəqiqədə 1200 fotonun ötürülməsi deməkdir. 400 GB yaddaşa sahib yeni microSD kartların təqribi qiyməti 250$ təşkil edəcək.

4

Bundan sonra istifadəçilər, Instagram-dakı Stories paylaşımlarına veb vasitəsilə də baxa biləcəklər. Bundan əlavə olaraq tətbiqə bir sıra yeni filtrlər də əlavə olunub. Veb versiyada Stories, tətbiqdəki kimi çalışır. Onlara baxmaq üçün ana səhifənin yuxarısındakı dairəvi ikonlardan birinə klik etmək kifayətdir. Stories-i dəyişmək və ya əvvəlkinə geri qayıtmaq üçün isə sağ və sol tərəflərdəki oxlara klik etmək lazımdır. Tətbiqə əlavə edilmiş yeni filtlər, hava şəraiti ilə əlaqəlidir. Bundan sonra istifadəçi öz emosiyalarını xoşbəxt günəş, kədərli yağış buludu, hirsli şimşək və sərbəst günəş vasitəsilə əks etdirə biləcək.

5

“Dell XPS 13” noutbuklar seriyası “Intel Kaby Lake-R” aparat platformasına malik modellərlə yenilənib. İstifadəçilərə “Intel Core i7-8550U” (4 nüvə/8 axın, 1,8/4 QHs) və “Intel Core i5-8250U”  (4 nüvə/8 axın, 1,6/3,4 QHs) prosessorları təklif ediləcək. 13 düymlük displeyin təsvir ölçüsü 3200×1800 piksel təşkil edir. Versiyadan asılı olaraq noutbuk 16 QB-dək əməli yaddaş və 512 QB-dək sərtgövdəli daşıyıcılarla təchiz edilə bilər. Həmçinin 40 Qbit/s-dək ötürmə sürətinə malik “Thunderbolt 3” interfeysi və 2 ədəd “USB 3.1 Gen 2” (10 Qbit/s-dək) portu mövcuddur. İstehsalçı bu modeli dünyada ən yığcam 13 düymlük noutbuk adlandırıb. Yeni çiplərdən istifadə sayəsində qurğunun məhsuldarlığı əvvəlki nəsil “Dell XPS 13” ilə müqayisədə 40% artıb. Yeni aparatın çəkisi təxminən 1,22 kq-dır. İstehsalçıların məlumatına görə, noutbuk 22 saat avtonom işləyə bilər,  video izlədikdə və ya veb-sörfinq zamanı isə avtonom iş vaxtı 8-13 saat təşkil edir. Standart konfiqurasiyalı noutbukun qiyməti 1400 dollar təşkil edəcək.

6

Mühafizəli “Ulefone Armor 2” smartfonunun möhkəmliyini sübut edən real sınaqlar keçirilib. “IP68” standartlı mühafizəyə (qurğu suyun 1,5 metr dərinliyində 1 saat, 1 metr dərinliyində isə 24 saat işləyir) malik smartfon suyadavamlı olmaqla yanaşı, toz keçirmir və zərbələrə qarşı dayanıqlıdır. “Gorilla Glass 3” qoruyucu şüşəsi ilə təchiz edilən “Ulefone Armor 2” 40-80 dərəcə temperatur diapazonunda işləyir. Məlumata görə, səkkiznüvəli “Helio P25” prosessoru ilə işləyən smartfon 6 giqabaytlıq operativ və 64 giqabaytlıq quraşdırılmış yaddaşla təchiz olunub. Ekranın təsvir ölçüsü 1920 x 1080 piksel təşkil edir. 4700 milliamper/saat tutumlu akkumulyator uzunmüddətli avtonom işi təmin edir. Bundan başqa, “PE+2.0” sürətli enerjidoldurma texnologiyası nəzərdə tutulub. Qurğuda fotoşəkillərin çəkilişi 16 meqapikselli əsas və 13 meqapikselli ön kamera vasitəsilə həyata keçirilir. “NFC” modulu ilə təchiz edilən “Ulefone Armor 2” ayrıca SOS düyməsinə və daktiloskopik ötürücüyə malikdir. Smartfonu boz və qızılı rənglərdə əldə etmək mümkündür.

7

ABŞ-ın “Apple” korporasiyası “iPhone 8” smartfonu və digər yeni məhsullarını təqdim edəcəyi tarixi rəsmən elan edib. Daha öncə mediada yayılan xəbər təsdiqini tapıb və rəsmi təqdimatın sentyabrın 12-də keçiriləcəyi açıqlanıb. Artıq tədbir üçün dəvətnamələrin göndərilməsinə başlanıb. Mərasim “Apple”ın yeni inşa olunmuş və hələlik açılışı keçirilməmiş kampusunun ərazisindəki Stiv Cobs adına teatrda təşkil olunacaq. Tədbirdə “iPhone 8” flaqmanından başqa, mövcud modellərin yenilənmiş versiyaları – “iPhone 7s” və “iPhone 7s Plus” da təqdim olunacaq. Bundan başqa, LTE modulu ilə yeni “Apple Watch”, 4K və HDR dəstəkli “Apple TV”nin də təqdim olunacağı gözlənilir. “iOS 11” əməliyyat sistemi barədə də ətraflı məlumatların veriləcəyi bildirilir.

8

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register