Məktəb bufetlərində sağlam olmayan məhsulların satılması qadağan olundu

mekteb yemekxana

Yeni tədris ilindən etibarən  məktəb bufetlərində qeyri sağlam məhsulların satışı qadağan olunur. Müvafiq sərəncam Təhsil və Elm Naziri Aleksadre Cecelava tərəfindən artıq verilib.

Sərəncama əsasən, məktəb yeməklərinin təşkilində – saqqız, konfetlər, şokolad, çipsilər, jelatinlər və s. kimi qidaların satılması qadağan olunur. Bufetlərdə duz, şəkər və ya yağlar artırılmış  meyvə, tərəvəz kimi qidaların satışına icazə veriləcək. Eləcə də mayonezli, köbələkli, kremli şirniyyatlar kimi  qidalarla yanaşı,   mineral sulardan başqa qazlı içkilərin də satışı qadağan olunur.

Bununla yanaşı bufetlərdə istifadəsinə icazə veriləcək məhsulların siyahısı da mövcuddur. Siyahıda: meyvə və tərəvəz, su, meyvə suyu, meyvə kompotu, süd məhsulları (yogurt), yogurtla, meyvə və südlə hazırlanmış içkilər, çay və kakao var.

Qeyd edilən sərəncamın həyata keçirilməsi monitorinqini məktəblərin idarə heyyəti ilə birgə təhsil nazirliyi də  edəcək.

Mənbə: ipn.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register