Texno xəbər

TexnoXeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Çinin Mərkəzi Bankı, ICO prosesi üçün qeyri-leqal statusu təyin etdi və bu proses sayəsində yığılmış bütün vəsaitlərin investorlara qaytarılmasını tələb etdi. Çinin Milli Bankının qərarına əsasən ICO sahəsində olan bütün aktiv əməliyyatlar dayandırılmalıdır. Bundan sonra olacaq ICO təşkilatçıları isə cəzalandırılacaq. Bundan əlavə olaraq tokenlərin, dövlət valyutasına dəyişilməsinə və bankların, ICO təşkilatçıları ilə əməkdaşlıq etmələrinə də qadağa qoyulub. ICO-nu bitirmiş şəxslər və ya layihələr, bütün yığılmış vəsaitləri, investorlara geri qaytarmalıdırlar. Vəsaitlərin geri qaytarılması prosesi barəsində Mərkəzi Bankın saytında heç bir məlumat yoxdur. Çin mütəxəssislərinin məlumatlarına əsasən Çində 65 layihə, ICO keçirdib və ümumilikdə 398 milyon dollar vəsait yığıb. Bütün dünya üzrə isə ICO vasitəsilə 1.6 milyard dollar vəsait cəlb olunub. Çindən başqa hələki heç bir ölkədə ICO-ya qadağa qoyulmayıb. Qeyd etmək lazımdır ki, Çin bankının bu qərarının fonunda bir sıra kriptovalyutaların qiymətləri aşağı düşdü.

1

Massaçusets Texnologiya İnstitutunun mütəxəssisləri, tərləyən zaman avtomatik olaraq havalandırma sistemini işə salan yeni köynək yaradıblar. Köynək, bakteriyaların hesabına çalışır. İnstitutun biomühəndisi Wen Wang, öz əməkdaşları ilə birlikdə kiçik havalandırma klapanlarına sahib və lateksdən hazırlanmış köynək yaradıblar. Həmin havalandırma klapanları, orqanizmin nə qədər istilik ifraz etməsindən asılı olaraq açılıb-bağlanırlar. Maraqlısı isə ondadır ki, klapanlar, bakteriyaların hesabına idarə olunur. BakteriyaMARAQlar, nəmişlik miqdarı çox olan zaman genişlənir, hava quru olanda isə kiçilirlər. Mütəxəssislər öyrəniblər ki, bakteriyaların bu cür reaksiyaları, köynəkdəki məsamələri açmaq gücünə sahibdir. Beləliklə alimlər, ot çubuğundan (torpaqda rast gəlinən bakteriya növü) istifadə edib, dəri temperaturuna reaksiya verən klapanlara sahib 3 laylı köynək yaradıblar. Könüllülər, xüsusi köynəkləri, qaçış və velosipeddən istifadə zamanı geyiniblər. Təcrübə əsnasında məlum olub ki, köynəkdəki klapanlar, məşqin təqribi olaraq 5-ci dəqiqəsində açılmağa başlayıblar. Bu vasitə ilə tər tamamilə buxarlanıb, dəri temperaturu isə aşağı düşüb. Qeyd olunub ki, həmin klpapanlar, insan anatomiyasına uyğun olan yerlərdədir. Məsələn, onların ən böyükləri, insan orqanizminin ən çox istilik ifraz etdiyi hissələrində yerləşir. Məhsulu kommersiya məqsədli etmək üçün alimlər həmin köynəyi yumaq üçün əlverişli etməlidirlər. Qeyd etmək lazımdır ki, idman geyimləri üzrə fəaliyyət göstərən məşhur “New Balance” şirkəti, bu məsələ ilə bağlı alimlərlə qarşılıqlı əlaqəyə keçib.

Araşdırmaya görə, mobil telefondan porno izləmək kompüter üzərindən izləməkdən daha təhlükəlidir. “Wandera” şirkəti əsasən də Android sistemindən istifadə edən telefonların masaüstü kompüterlər qədər təhlükəsiz olmadığını və asanlıqla internet hakerlərinin qurbanı ola biləcəyini açıqlayıb. Şəxsi məlumatların təhlükəsizliyinə gəlincə, telefondakı məlumatların porno izlənilən saytlarda oğurlanması daha realdır. Qeyd edək ki, ötən ilin sentyabr ayında porno saytlardan istifadə edən 800 min nəfərin kimliyi bu yolla ortaya çıxıb.

2

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register