Sadaxlının həvəskarlar komandası “Erqneti”-yə futbolda 5:3 hesabı ilə qalib gəlib

news4

Sadaxlının həvəskarlar komandası Qoridə, Erqneti kəndində “Erqneti”yə futbolda 5:3 hesabı ilə qalib gəlib. Oyun başlayana qədər Sadaxlı kəndinin gəncləri layihə müəllifləri  Lika Kasradze və Ələkbər İsmayılovla birgə 2008-ci ilin 8 avqust tarixinə həsr olunmuş muzeyi ziyarət ediblər. Onlara muzeyin təsisçisi Lia Çlaçidze gidlik edib və məlumat dolu ekskursiya təşkil edib.

“Bizi idman birləşdirir” tədbiri sərhədyanı xəttdə yerləşən Qorinin Erqneti kəndi və Ermənistanın sərhəddində yerləşən Marneulinin kəndi Sadaxlının gənclərinə idman, eləcə də etnik azlıqların cəmiyyətə inteqrasiyası baxımından dəstək məqsədi daşıyır.

Dostluq matçını 3 sentyabrda, Şida Kartlidə regional Futbol Federasiyasının Prezidenti Qia Revazişvili təntənəli şəkildə açıb. “Siz qəhrəmansınız! Siz o, insanlarsınız ki, gəldiniz və kəndə hörmət edtiniz”. Qia Revazişvili qeyd edib ki, bizim dostluğumuzun davamlı olması və etnik azlıqların inteqrasiyası vacibdir.  O, ümid edir ki, Federasiya bu növ tədbirləri azərbaycanlı dostlarl  birgə daha çox keçirəcək. Eləcə də “Erqneti”-nin məşqçisi Anzor Kasradze qeyd edib ki, “Bu xüsusən qeyd edilməlidir ki, qaynar zonada bu birinci tədbirdir ki, ən vacib mövzulardan birinə, etnik azlıqların inteqrasiyasına xidmət edir” – deyə Anzor Kasradze bildirib.

Tədbirdə Tsxinvalinin Samaçablo komandasının rəhbəri və Federasiyanın bütün kollektivi iştirak edirdi.

Qeyd olunan “Bizi idman birləşdirir” adlı tədbir təhsil proqramı Rəngarənglik məktəbinin çərçivəsində həyata keçirilib. Rəngarənglik məktəbi isə qeyri-hökumət İris qrupu – rəngarəngliyin idarəsi, alman təşkilatı MitOst- əməkdaşlığı ilə təşkil olunur. Proqramı isə IfA – Institut für Auslandsbeziehungen maliyyələşdirir”.

 

 

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register