Dekanoz Qiorqi Mamaladzeyə məhkəmə doqquz illik həbs cəzası verib

dekanozi

Bu gün, 5 sentyabr tarixində Tbilisi Şəhər Məhkəməsinin hakimi Besik Buqianişvili Siyanür işinə dair hökm çıxarıb və Dekanoz Qiorqi Mamaladzeyə doqquz illik həbs cəzası verib.

Dekanoz Qiorqi Mamaladzeni Gürcüstan prokurorluğu fevral ayının 10-da Tbilisi Beynəlxalq Aeroportunda Berlinə səfər edərkən həbs edib. Həmin vaxt Gürcüstanın Provoslav kilsəsinin patriarxı İkinci İlia əməliyyat olunurdu. Prokurorluğun məlumatına görə, Dekanozun çantası yoxlanılarkən gizli saxlanılmış zəhərli maddə – “Natrium Siyanürü”  aşkarlanıb.

Prokurorluğun məlumatına görə, bu işlə bağlı araşdırma 2017-ci ilin 2 fevral tarixində jurnalist İrakli Mamaladzenin müraciəti əsasında başlayıb. O, Gürcüstan prokurorluğuna müraciət edib və qeyd edib ki, onun tanışı Qiorqi Mamaladze Ata ondan xahiş edib ki, ona həyati təhlükə daşıyan zəhərli maddə – siyanür tapmaqda kömək etsin. Görüşdə müraciət edən müəyyən edib ki, o, həmin maddədən yüksək yerarxiyadan dini şəxsin həyatına əl qoymaq üçün istifadə edəcək.

Sonrada prokurorluq izah edib ki, Dekanoz Qiorqi Mamaladze Şorena Tetruaşvilini öldürməyi planlaşdırırmış.

2017-ci ilin 12 fevralında Gürcüstan Prokurorluğunun vəsatəti əsasında Tbilisi Şəhər Məhkəməsinin qərarı ilə Qiorqi Mamaladze azadlıqdan məhrum edilib.

Mamaladze ilk növbədə Gürcüstanın cinayət məcəlləsinin 18-108-ci (ölüm hadisəsinin hazırlanması) və 236-cı maddələri ilə (odlu silahın qeyri-qanuni əldə edilib-saxlanılması), ittiham olunub. Maddə cəza və ölçü olaraq yeddi ildən on beş ilə qədər azadlıqdan məhrum olmanı nəzərdə tutur. Sonradan, prokurorluq Mamaladzenin ittihamını ağırlaşdırıb, xüsusən, CM-nin 18, 109-cu maddəsinin 3-cü hissəsinin “q” aşağı bəndinin ittiham irəli sürüb (qəsdən öldürmə hadisəsinin hazırlanması), ki, cəza və ölçü olaraq 16-dan 20 ilə qədər azadlıqdan məhrum olmanı nəzərdə tutur.

Yekun olaraq məhkəmə yenə də 18-108-ci maddələri əsas tutub və Dekanozu məhz ölüm hadisəsinin hazırlanmasında ittiham edib.

Dekanoz Mamaladzenin özü ittihamı etiraf etmir, onun sözlərinə görə, siyanürü almağı Şorena Tetruaşvilinin özü xahiş edibmiş.

Dekanoz Mamaladzenin işinin məhkəmə dinləməsi bağlı idi, eləcə də vəkillər danışmamağa dair imza atıblar ki, buna görə də cəmiyyət üçün işin materialları naməlumdur.

Bugünkü məhkəmə prosesində Dekanoz Qiorqi Mamaladzenin özü iştiral etmirdi, o, özü prosesdə iştirak etməkdən imtina edib.

Mənbə: Netgazeti.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register