Həvəskar Sadaxlı komandası Qorinin həvəskar komandasına qalib gəlmişdir

yaris3

Sadaxlı kənd sakini Ələkbər ismayılov futbol həvəskarı olmasa da o öz yerliləri üçün bir təşşəbüsə imza atdı. O, Qori şəhərində yaşıyan Lika Kasradze ilə birgə yeni bir layihəyə həyata keçirərək həvəskar futbolçuları bir araya gətirərək yeni layihə həyata keçirdilər. Layihənin məqsədi sərhədyanı bölgədə yerləşən Qori rayonunun Erqneti kəndinin və Ermənistan sərhəddində yerləşən Sadaxlı kəndinin gənclərinin idman sahəsində inkişafına və ictimaiyyətə inteqrasiasına xidmət etməkdir.

Qeyd olunan “Bizi idman birləşdirir” adlı tədbir təhsil proqramı Rəngarənglik məktəbinin çərçivəsində həyata keçirilib. Rəngarənglik məktəbi isə qeyri-hökumət İris qrupu – rəngarəngliyin idarəsi, alman təşkilatı MitOst- əməkdaşlığı ilə təşkil olunur. Proqramı isə IfA – Institut für Auslandsbeziehungen maliyyələşdirir”.

Ələkbər ismayılov və Lika Kasradze tanışlığı Rəngarənglikməktəbindən başlayır. Onları birləşdirə idman oldu. Likanın dediyinə görə Erqneti kəndidə idman diqqət azdır həmçinində Sadaxlı kəndində də “Bizi idman birləşdirir” adlı layihəni həyata keçirdik.

Sentyabr 3-də Qori rayonunun Erqneti kəndində Marneuli rayonunun Sadaxlı kəndinin həvəskar futbol komandası ilə “Erqnetinin Erqnetisi” komandası arasında böyük miqyaslı və marağlı futbol yarışı keçirildi. Dostluğ görüşü zamanı Sadaxlı komandasının üstünlüyü ilə 5-3 hesabı ilə başa çatmışdır. Sadaxlı kəndinin həvəskar futbol komandasının oyunçuları Sənan Şərifov və İlkin Ayvazov öz təsüratlarını bizimlə bölüşdülər.

Xatırladaq ki, idman yarışının Marneulidə həyata keçirilməsi üçün adiyyatı orqanlara müraciyət olunub və onlardan cavab gözlənilir.

Radio Marneuli

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register