Yerli büdcədən prioritetlər üçün məbləğ ayrılmayıb

Marneuli_n (2)

Gürcüstanın seçki məcəlləsinin 49-cu maddəsinə əsasən seçki gününə qədər, seçki günü də daxil olmaqla 60-cı gündən ona qədər büdcədə nəzərdə tutulmamış layihə/proqramların həyata keçirilməsi qadağandır. Bu bugünkü reallıqla deməkdir ki, Marneuli bələdiyyəsinin yerli büdcəsində 22 avqust tarixində sonuncu üstünlüklərin əlavə olunması olmalı idi. Bu mövzu haqqında maliyyə-büdcə xidmətinin rəhbəri Vüqar Məmmədovla söhbət etdik. O, sonuncu dəyişikliklərin tarixini konkretləşdirir, amma deyir ki, hər şey qanun mühafizəsi ilə baş verib.

“Sonuncu dəyişikliyi daxil etdik. tarix pozulmayıb. Seçki gününə qədər heç bir yeni üstünlük əlavə olunmayacaq”.

Vüqar Məmmədovun sözlərinə görə marneui Bələdiyyəsinin 2017-ci il yerli büdcəsi 26 milyondan çoxdur və bu məbləğin çoxu infrastruktur işlərinə sərf olunur.

“Marneuli bələdiyyəsinin büdcəsi 26 milyona qədərdir və 12 milyona yaxın məbləğ infrastrultur layihələrinə sərf olunur. bu günə qədər 30 layihənin işləri gedir.layihələrin bəzisi 50 və ya 60-70% həyata keçirlib. Sentyabrın sonuna qədər çox layihələr bitəcək”.

Gürcüstanda yerli özünüidarəetmə seçkiləri oktyabrın 21-nə təyin olunub. Həmin dövrə qədər isə layihələrin həyata keçirilməsi üçün hansı əsas əlavə məbləğlərin ayrılacağı haqqında sonrakı sujetdən məlumat alacaqsınız.

Radio Marneuli

 

 

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register