Marneuli bələdiyyəsi üçün gənclərin inkişaf  strategiyası sənədi mövcud deyil

inluzia

   Marneuli Bələdiyyəsində gənclərin inkişaf strategiyası sənədi mövcud deyil. İcra hakimiyyətinin rəhbərlik edə biləcəyi yeganə sənəd “dövlət gənclər siyasətinin sənədidir”. Qeyd olunan sənəddə 14-dən 29 yaşa qədər ümum Gürcüstan miqyasında gənclərin ehtiyacları və onların inkişaf planları qeyd olunub. Regionlar və bələdiyyələr isə məcburdurlar ki, öz gənclər siyasətini ona uyğunlaşdırsınlar. Marneuli bələdiyyəsinin təhsil, mədəniyyət, idman və gənclərin işi üzrə peşəkarı Mariam Tğeşelaşvilinin dediyinə görə, Marneulidə inkişafın əsas istiqamət inteqrasiyadır.

“Marneuli bələdiyyəsində daha çox üstünlük inteqrasiya məsələlərinə verilir. Çünki bildiyiniz kimi çoxmillətli rayondur. Bütün idman və mədniyyət, eləcə də digər sahələrdə keçirilən tədbirlər onların inteqrasiyasına doğru istiqamətlənib. Konkret olaraq marneuli bələdiyyəsinin gənclər siyasəti üzrə sənədi və ya planı yoxdur”.

Eləcə də Mariam Tğeşelaşvilinin dediyinə əsasən, İdman və Gənclər Nazirliyi, Kvemo Kartli miqyasında, gənclər siyasətinin sənədini yaratmağı planlayır.

“Bu məsələ ilə bağlı idman və gənclər nazirinin müavini ilə görüş keçirildi. Regionlar təklikdə bacarmasa da ümumi kvemo kartli üçün gənclər siyasəti sənədi yaradılacaq. Çünki kvemo kartlidə çox etnik azlıq yaşayır və hamısının planı oxşardır”.

Marneuli bələdiyyəsinin təhsil, mədəniyyət, idman və gənclərin işi üzrə peşəkarı Mariam Tğeşelaşvili eləcə də bildirir ki, rayon siyasəti sənədinin yaradılmasının müddəti hələ məlum deyil.

Radio Marneuli

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register