Texno xəbər

Texno Xeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

“Microsoft” korporasiyası “Excel” proqramında sənədlərin real vaxt rejimində birgə redaktəsi funksiyasını istifadəyə verib. Bir neçə istifadəçiyə eyni elektron cədvəllə eyni vaxtda işləməyə imkan verən yeni funksiya dəyişiklikləri avtomatik sinxronlaşdıraraq real vaxt rejimində əlavə edir. İmkandan “OneDrive”, biznes üçün “OneDrive” və ya “SharePoint” proqramlarında saxlanılan sənədlər üçün yararlanmaq mümkündür. Bildirilir ki, ABŞ korporasiyası “Excel” proqramında birgə redaktə funksiyası ilə yanaşı, sənədlərini “OneDrive” və “SharePoint” proqramlarında saxlayan “Office 365” istifadəçiləri üçün “Word”, “Excel” və “PowerPoint” əlavələrində avtomatik saxlama funksiyasını təqdim edib. Əvvəllər “Office Insider” proqramının iştirakçılarının yararlandığı imkandan indi hamı istifadə edə biləcək.

1

Üç nəfərdən ibarət beynəlxalq alimlər qrupu xərçəng hüceyrələrini tez və effektiv məhv edən mikroskopik robotlar hazırlayıb. Ötən il robotların yaradılmasına görə kimya sahəsində Nobel mükafatına layiq görülən tədqiqatçılar bu il sınaqlara başlamaq qərarına gəliblər. Məlumata görə, nanorobotların əvvəlcə müəyyən zülal tipinə yönəlməsi səbəbindən onlar hədəfi səhvsiz tapırlar. İşıq vasitəsilə aktivləşdirmə zamanı isə sürətlə açılmağa başlayan robotlar hüceyrənin içinə daxil olur və oradakı şişi bir neçə saniyə ərzində məhv edir. Mikroskopik robotların hədəflərin axtarışını işıqsız həyata keçirməsi, lakin hüceyrələrə yalnız işıqlandırma vasitəsilə daxil olması bildirilir. Qeyd olunur ki, hazırda balıq və mikroorqanizmlər üzərində bir sıra eksperimentlər keçirən alimlər gələcəkdə onlardan insanın müalicəsi üçün istifadə edə biləcəklərinə ümid edirlər. Mütəxəssislərin sözlərinə görə, belə robotlar təkcə şişlərin məhvi üçün deyil, dərmanların orqanizmin müəyyən sahəsinə dəqiq çatdırılması üçün faydalı ola bilər.

2

Berlində keçirilən İFA-2017 sərgisi çərçivəsində Yaponiyanın “Panasonic” şirkəti robotlaşdırılmış soyuducu nümayiş etdirib. Soyuducu səsli idarəetməyə malikdir və sərbəst olaraq mətbəxdə hərəkət edə bilir. “Panasonic” tərəfindən tərtib edilmiş özü gəzən mini-bar otaqda hərəkət edə bilir və yiyəsinin səsli əmrlərinə reaksiya verir. Təkər platformalı kiçik cihaz sərbəst olaraq lazım olan nöqtəyə gələ bilir. Bunun üçün o, bir sıra dərinlik və lazer sensorlarından istifadə edir. Bundan başqa, soyuducu xüsusi məlumat bazasına qoşulub ki, onun köməyi ilə daxilində saxlanılan qəlyanaltılar və ona uyğun içkilər məsləhət görə bilir. Soyuducu yaşlı insanların köməyinə çata bilər. Hazırda şirkətin bu qeyri-adi soyuducunun seriya istehsalına başlamağı planlaşdırıb-planlaşdırmadığı məlum deyil. Bununla belə, “Engadget” nəşrinin məlumatına görə, “Panasonic” şirkəti prototipin üstündə isti yeməklərin təklif edilməsi imkanlarını nəzərdən keçirir.

Rusiya istehsalı olan robot Perm beynəlxalq marafonunun bir hissəsini qaça bilib. Bazar günü “Promobot” adlandırılan robot 6 min iştirakçı ilə birgə təşkil edilmiş idman tədbirində iştirak edib. Robot izdihamın içində sərbəst istiqamət alaraq 3 kilometr məsafəni qət edə bilib. Qeyd edilir ki, robotun yaradıcıları öncədən cihazın təlimdə iştirakı barədə də düşünüblər. Sınaqlar zamanı robot bir neçə dəfə yıxılıb. Ancaq marafon zamanı bu məsafəni problemsiz olaraq qaça bilib.

“JioPhone” telefonu rəsmi olaraq cari ilin iyul ayında təqdim edilib, onun sifarişlərinə isə avqustun 24-də start verilib. Görünür, cihaz müştərilərin olduqca çox xoşuna gəlib. Çünki sifarişlərə başladıqdan cəmi iki saat sonra onu əldə etmək istəyənlərin sayı 3 milyon nəfər olub, 24 saatdan sonra isə onların sayı 6 milyon nəfəri keçib. Mənbə bildirir ki, sifarişlərin qəbulu dayandırıldığı an – avqustun 25-də “JioPhone”ni əldə etmək arzusunda olanların sayı 10 milyon nəfər təşkil edib. Bu isə bu səviyyəli cihaz üçün fenomenal uğurdur. Söz düşmüşkən, “JioPhone” telefonu 2,4 düym həcmli 240 x 320 piksel genişlənməyə malik TFT ekranla təchiz edilib. Telefon 2 meqapiksel əsas və 0,3 meqapiksel arxa kameraya malikdir. Telefon 512 Mb əməliyyat yaddaşına və 4 GB daxili yaddaş, 32 GB-a qədər “MicroSD” kartını dəstəkləyə bilir. Telefon həmçinin fiziki klaviatura ilə təchiz edilib.

3

Edinburq Universitetinin professorları insanın daxilini göstərən kamera kəşf ediblər. Alimlər bu cihazın xəstələrin daxili orqanlarını yoxlamaq üçün əlverişli olduğunu bildiriblər. Vücudun müxtəlif hissələrinə ötürülə bilən texnologiya fərqli şəkildə istifadə edilir. Bu kameranın gələcəkdə həkimlər üçün mühüm avadanlığa çevriləcəyi bildirilib.

4

Sentyabrın 12-də rəsmən təqdim olunacaq “iPhone 8” smartfonunun qiymətləri bəlli olub. Bu barədə nüfuzlu insayder Benjamin Geskin (@VenyaGeskin1) “Twitter”də yazıb. O bildirib ki, baza modelinin qiyməti 999 dollar olacaq. Bu model ən kiçik həcmli daxili yaddaşa malikdir – 54 Gb. Flaqmanın orta modifikasiyası 256 Gb yaddaşa sahibdir və 1099 dollardan satışa çıxarılacaq. Top model isə 512 Gb yaddaşla təmin edilib və qiyməti 1199 dollar təşkil edəcək. Qeyd edək ki, “Apple”ın 8-ci modeli “iPhone Edition” adlanacaq.

5

Özü sıradan çıxan elektronika qurğusu yaradılıb. Fiziki cəhətdən dayanıqlı olmayan elektronika (physically transient electronics) bir çox müxtəlif məsələləri həll etmək qabiliyyətinə malikdir. Məsələn, həll olunan konstruksiyalar ekoloji monitorinq və ya dərmanların müəyyən orqanlara dəqiq çatdırılmasında istifadə olunur. Belə cihazlar ənənəvi elektron qurğularla müqayisədə daha sürətlə sıradan çıxır, buna görə ətraf mühiti az çirkləndirir. ABŞ və Çin alimlərindən ibarət qrup havanın rütubətliyinin təsiri altında tez sıradan çıxan qurğu təqdim ediblər. Yeni texnologiyanın əsasını polianhidrid təşkil edir. Bu polimerlər müəyyən rütubət səviyyəsində otaq temperaturunda sıradan çıxır. Alimlərin sözlərinə görə, onların həlli müəyyən yararlılıq müddətinə malik elektron qurğular yaratmağa imkan verəcək. Polimer plyonkanın tərkibini dəyişdirməklə yararlılıq müddətinə nəzarət etmək olar. Belə texnologiya ətraf mühitin çirklənmə səviyyəsini azaldacaq, çünki cihaz sıradan çıxdıqda onu havanın yüksək rütubətliliyi şəraitində həll etmək olar.

6

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register