Məktəbsiz qalan Dəmirəl kollecinin şagirdlərinin müəyyən olunmamış taleyi

demirel

Təhsil nazirliyi Dəmirəl kollecinin şagirdlərinə başqa özəl məktəbə keçirməyi təklif edir. Nazirliyin məlumatına görə, şagirdlərin qəbul edilməsi istəyini özəl və eləcə də ictimai məktəblər də bildiriblər.

“Şagirdlərin, valideyn və müəllimlərin marağından dolayı onlara təklif edirik ki, şagirdləri hansısa özəl məktəbə keçirək ki, əgər onların istəyi olsa siniflər da dağılmasın. Altı özəl məktəb hazır olduqlarını bildiriblər. Biz onlarla danışıqlar aparırıq. Onların hazır olmaları haqqında artıq Dəmirəl kollecinə məlumat vermişik və ümid edirik ki, yaxın dövrdə qərar qəbul olunacaq”, – Təhsil Nazirliyinin nümayəndəsi Nata Asatiani bildirib.

O, bu müsahibəni nazirlikdə Dəmirəl kollecinin şagirdlərinin valideynləri ilə keçirilən görüşdən sonra verib. Görüşdən əvvəl nazirliyin qarşısında kollecin uşaqlarının və valideynlərin aksiyası keçirilib. Aksiyada valideynlər deyirdilər ki, onlar uşaqlarını başqa məktəbə keçirmək istəmirlər və məhkəməyə şikayət etməyi planlaşdırırlar. Hətta onlardan biri aclıq elan olunacağını da istisna etmirdi. Dəmirəl kollecində dərslərdə yaxşı iştirakına görə şagirdlərdən bəziləri qrantla təhsil alır. Başqa məktəbə keçdikləri halda bu güzəştin saxlanacağı da məlum deyil.

Aksiyadan video, izləyin:

Mənbə: netgazeti.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register