Fövqəladə Hallar Xidməti – Telavidə vəziyyət dəyişməyib, Tuşetidə isə yanğının yarısı söndürülüb
Telavidə, Artanada, Koxta dağında və Tuşetidə, Xaxaboda yanğının aradan qaldırılması işləri səhərdən yenilənib.
“Hal-hazırda vəziyyət əhəmiyyətli dərəcədə dəyişməyib. Yanğın söndürmə işləri yenə davam edir. Canlı qüvvə fəal şəkildə çalışır. Bütün gecə ərzində işlər dayanmadan gedirdi, su hovuzları doldurulub. Yerində 500-dən çox adam çalışır. Hələlik aradan qaldırma işlərinə bir gürcü helikopteri qoşulub. İki İran helikopteri yoldadır və sonradan qoşulacaqlar”, – deyə Fövqəladə Hallar Xidmətindən bildirirlər.
Tuşetidə, Xaxaboda olan vəziyyətlə bağlı Fövqəladə Hallar Xidmətindən bildirirlər ki, yanğın söndürmə işləri gedir.
Mənbə:ipn.ge
marneulifm1106 Posts
0 Comments