Marneulidə “Bir dişlək alma”nın imza günü keçirildi

bir dishlek alma

Bu gün, 6 sentyabr tarixində Marneuli Mədəniyyət evində Marneulili gənc yazar Kamuranın ilk romanı “Bir Dişlək Alma”-nın təqdimat və imza günü keçirildi. Tədbirdə dövlət şəxsiləri, məktəb direktorları və müəllimləri, Marneulinin majoritar deputatları, yerli özünüidarə üzvləri və dəvətli qonaqlar iştirak edirdilər. Kitabın müəllifi Kamuran ona dəstək olan hərkəsə dərin minnətdarlığını bildirir.

 

İmza günündə Marneulinin parlamentdəki deputatı Ruslan Hacıyevdə iştirak edirdi, O bu gün ki, tədbiri müsbət qitmətləndirdi.

Hakim partiyanın Marneulidə ki, şöbə sədri Marneulidə  merlik namizədi Amiran Giorgadze gələcəkdə oxşar aktivliklərin keçirilməsinə dəstək olacağını bildirdi.

“Çox sevindirici haldır ki, Martneulidə  Kamran Kiryakov kimi uğurlu gənclər var, mən onun uğura doğru atdığı bu addımını təbrik edirəm ve qeyd etmək isdəyirım ki, Biz yerli hakimiyyət olaraq bütün gənclərə oxşar aktivliklərin keçirilməsində dəstək olacağıq”-Amiran Giorgadze qeyd edir.

Tədbir iştirakçısı Afayət Əliyeva  “Bir Dişlək Alma”-ın gənclərə böyük stimul verəcəkyini və ədəbiyyata olan marağı artıracağını söylədi.

Müəllif eləcədə Bir dişlək alma romanının yaxın gələcəkdə gürcü dilinə tərcümə ediləcəyini bildirdi. Qeyd edək ki, kitabın azərbaycan dilli versiyası onlayn kitab mağazası “Sarvan book store”-da satılacaq.

Şəlalə Əmircanova Radio Marneuli

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register