5 gənc, Marneulinin adı ilə, səyahət etməkdə Gürcüstan kuboku uğrunda mübarizə aparacaq
Gürcüstanın İdman və Gənclər Nazirliyi “Sağlam həyat tərzinin yaranması və gənclərin mədəni-yaradıcı işlərə qoşulması proqramı” çərçivəsində, “Səyahət etməkdə Gürcüstan kuboku” layihəsini həyata keçirir. Layihə çərçivəsində, Gürcüstan miqyası ilə, bütün rayonlardan 18-dən 29 yaşa qədər, 5-5 gənc iştirak edəcək. Marneuli icra hakimiyyətinin təhsil, mədəniyyət, idman və gənclərin işi üzrə mütəxəssis Mariam Tğeşelaşvilinin sözlərinə görə, Gürcüstan kuboku qazanamaq üçün, artıq Marneulinin adı ilə səyahətdə iştirak etmək istəyən 3 gənc seçilib.
“Marneuli bələdiyyəsindən 5 nəfər gənc iştirak etməlidir. Artıq 3 nəfər seçilib. Onlardan biri azərbaycanlı ikisi gürcüdür. Etnik azlıqların qoşulmasını da istəyirik və bununla bağlı ünsiyyət qurmuşuq. Ayin 7-də artıq siyahımız hazır olacaq və federasiyaya göndərəcəyik”.
Eləcə də Mariam Tğeşelaşvilinin sözlərinə görə, iştirakçıların seçilməsinin əsas meyarları onların istəyinin olması və səyahət etməyə maraqlarıdır, eləcə də sağlamlıq durumu önəmlidir, çünki iştirakçılar böyük məsafəni piyada getməli olacaqlar. Laşa Şermanaşvili iştirakçılıq istəyini bildirən gənclərdən biridir.
“Belə səyahətlər əyləncəli olur. Həmdə sağlamlıq üçün yaxşıdır.Aktiv həyat tərzi sürürəm. Səyahəti çox sevirəm. Yeni mühit mənim xoşuma gəlir və belə proqramlara qoşuluram”.
Səyahət-yarış sentyabrın 9-da Tbilisinin Milli parkının ərazisində (Tianeti) keçiriləcək. Gürcüstanın idman və gənclər nazirliyinin təminatı ilə iştirakçılara təlim xidməti, yerində qidalanma, yataq torbaları və başqa lazımi ləvazimatlar veriləcək. “Gürcüstan səyahətçilərinin milli federasiyası”isə yarışın təşkil olunmasını və iştirakçıların təlimatlandırılmasını təmin edəcək.
Radio Marneuli
Amil Məmmədov2286 Posts
0 Comments