Hakimiyyət Kutaisidə Parlament binasının bərpasını planlaşdırır

Gürcüstan Parlamentinin sədri İrakli Kobaxidzenin bildirdiyinə görə, idarəçi komanda Kutaisidə, Parlament binasının bərpasını planlaşdırır.
Bu haqda İrakli Kobaxidze bu gün baş tutan payız sessiyasının birinci plenar iclasında bildirib. Parlament sədrinin sözlərinə görə, binanın dam örtüyü, şüşə konstruksiyası, eləcə də parlament iqamətgahının ətraf ərazisində bərpaya ehtiyac var.
Onun qeyd etdiyinə görə, bu istiqamətdə işlərə artıq başlanılıb.
“Biz bu məsələ ilə bağlı işlərə başlamışıq və istəyirəm ki, xəzinədar şurasından xahiş edim ki, müvafiq olaraq bu məsələnin maddi tərəfini öyrənsinlər və sonra çalışmağa başlayacaqı”, – deyə İrakli Kobaxidze bildirib.
Mənbə: netgazeti.ge
marneulifm1106 Posts
0 Comments