Yanvar-Avqust aylarında şərabın ixracı 61% artıb – statistika

serab

2017-ci ilin yanvar-avqust aylarında Gürcüstandan dünyanın 44 ölkəsinə 45,3 mln şüşə (0,75 l) şərab ixrac olunub ki, bu da keçən ilin analoji göstricilərinə 61%-lə əlavə olunur.

Hesabat dövründə 100,3 mln ABŞ dolları dəyərində şərab ixrac olunub ki, bu da 55%-lə keçən ilin həmin dövrdəki göstəricilərinə əlavə olunur. Bu haqda Milli Şərab Agentliyi tərəfindən yayımlanan məlumatda deyilir.

“Şərab ixracı 8 ay ərzində keçən ilin analoji dövrü ilə müqayisədə 61%-lə artıb, 55%-lə şərabın realizəsindən əldə olunan məbləğlər yüksəlib. Gürcü şərabının Avropa İttifaqının, Cənubi-Şərqi Asiyanın, ABŞın və başqa bazarların istiqamətində yüksəlib. Bu isə Kənd təsərrüfatı nazirliyinin, şərab Agentliyinin və şərabçılıq sahəsinin koordinasiyalı işinin və məhz planlaşdırılmış marketinqin nəticəsidir”, – qeyd edir Milli Şərab Agentliyinin sədri, Qiorqi Samanişvili.

Mənbə: netgazeti.ge

 

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register