Marneulidə fəaliyyət göstərən Qurucu David adına litsey öz fəaliyyətini davam etdirəcək

demirelis skola

Gürcüstanda fəaliyyət göstərən Dəmirəl kollecinin avtorizasiyası sona çatmışdır. Bunun üçün yenidən Milli Təhsil Keyfiyyəti Mərkəzinin Avtorizasiya Şurasına müraciət olunsa da kollecə avtorizasiya verirməmişdir və buna görə də təhsil ocağı bağlanmışdır. Təhsil ocağının bağlanılmasın deyə imza toplama aksiyası keçirilmişdir. İmza toplama da Marneuli bələdiyyəsində fəaliyyət göstərən Qrucu David adına litsey də imza atanlar arasındadır. Buna görədə əhali arasında söz-söhbət yayılmışdır ki, Marneulidə olan kolecdə bağlana bilər. Amma kollecin direktoru İsmail Özkan radiomuza müsahibəsi zamanı bildirdi ki, bizim həmin Demirəl koleci ilə heç bir əlaqəmiz yoxdur.

Marneulidə fəaliyyət göstərən kollecin direktorunun dediyinə görə 2013-ci ilin fevral ayından təhsil ocağı Gürcüstanda avtorizasiya qazanmışdır və 5 ildən bir yenilənən avtorizasiya 2018-ci ildə sona çatması ilə əlaqədar olaraq yenidən müraciət edəcəklərini bildirdi.

İsmail Özkan onu da əlavə etdi ki, kollecə müasir sistem də çalışdığına görə kollecə ili-ildən qeydiyyat olanların sayında artım müşahidə olunur.

Kollecin direktoru İsmail Özkan onu da qeyd etdi ki, Marneuli sakinlərinin gürcü cəmiyyətinə inteqrasiya olunması üçün bizim kollec də bir çox işlər gördü. Heç kim istəməz ki, təhsil ocağı bağlansın. Biz indiyə qədər Gürcüstanda həyata keçirilən yarışmalarda iştirak etmişik və yüksək nəticələr əldə etmişik.

Marneulidə fəaliyyət göstərən Qurucu David adına litsey yeni tədris ilinə hazırlaşır və bu ilin 15 sentyabr tarixində yeni şagirdləri ilə öz təhsilini davam etdirəcək.

Radio Marneuli

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register