Zaza Paçulia – əlvida mənim yığmam və pərəstişkarlarım, kapitanın getmək vaxtı gəldi

news3

Gürcüstanın basketbolçular yığmasının kapitanı Zaza Paçulia yığmadakı karyerasını başa vurub. Paçulia bu haqda Facebook sosial şəbəkəsində məlumat yayımlayıb.

“İllər ərzində uşaqlarla birgə çiyinlərində gətirdiyini tərk etmək çox çətindir. 17 il ərzində bir çox uğur və uğursuzluq oldu. Bu bizim payımıza düşən idi. Geridə qalanını böyük ümidim var ki, gələcək nəsillər davam etdirəcəklər. Başqa sonluq istəyirdim ancaq təəssüf ki, travma mənə başqa imkan vermədi. Ən çox pərəstişkarlar üçün təəssüflənirəm. Onların hər birinə təşəkkürümü bildirirəm. əlvida mənim yığmam və pərəstişkarlarım, kapitanın getmək vaxtı gəldi! Bu qızıl illəri heç vaxt unutmayacam”, – deyə Gürcüstan yığmasının kapitanı bildirir.

Xatırladaq ki, Paçulia Avropanın dörd birinciliyində Gürcüstan yığmasının kapitanı olub.

Mənbə: ipn.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register