Qiorqi Kvirikaşvili – sürətli magistralın tikintisi yaxşı gedir
Gürcüstanın Baş-Naziri, Qiorqi Kvirikaşvilinin məlumatına görə, sürətli magistralın tikintisi yaxşı templə gedir və gələn ildən gümn ki, Riqoti hissəsində tikinti başlayacaq.
Kvirikaşvilinin hökumət iclasında bildirib ki, cəmi 15 km qədər olan Yuxarı Osiauri-Çumateletidə tikinti başlayır.
“Sürətli magistralın tikintisi məsələsinə toxunmaq istərdim. Biz yaxşı templə irəliləyirik. Yuxarı Osiauri-Çumateletidə tikinti başlayır. Bu hissədən sonra Riqoti hissəsi başlayır. Konkret olaraq bu hissənin dəyəri 500 mln lariyə qədərdir və çox böyük işlə təmin olunma komponentini nəzərdə tutur. Mən çox sevinirəm ki, yaxşı templə gedirik. Plandan kənar gecikməmiz yoxdur”, – deyə Qiorqi Kvirikaşvili bildirib.
Mənbə: ipn.ge
marneulifm1106 Posts
0 Comments