Candar kəndinin əhalisi avtobus dayanacağının tikilməsini tələb edir

transpo

Candar  kəndinin sakini, Xaruqə Namazovanın şəhərdə çalışmağa başladığı gündən hər gün marşrut taksiləri ilə problemi yaranır. Namazovanın dediyinə görə, nəqliyyatda əhalinin sayından çox olmasına görə vaxtında və rahat hərəkət etmək mümkün olmur.

“Candar kənd əahlisi yerli hakimiyyətdən sonrakı problemlərə diqqət yetirməyi tələb edir. Candar yolunda avtobus və marşrut taksisinin dayanacağı olsun. Eləcə də yol hərəkət işarəsi və keçid olmalıdır. Candar əhalisi eləcə də istəyir ki, axşam saat 8 qədər marşrut taksiləri çaışsınlar və bir avtonus ayrılsın”.

Xaruqə Namazova Candar əhalisinin adı ilə Radio Marneuliyə müraciət etdi ki, media vasitəsi ilə səsini yerli hakimiyyətə çatdırsın və kənddə mövcud olan problemləri göstərsin. Marneuli bələdiyyəsinin infratsrukturun inkişafı, sahə quruluşu, arxitektur və tikinti xidmətinin rəhbəri Leri Panqanın sözlərinə görə, bu ilin büdcəsində Candar  kəndində dayanacaqların tikilməsi nəzərdə tutulmayıb. Biz eləcə də marneuli bələdiyyəsinin avtoparkının rəhbəri Qriqol Calağoniya ilə əlaqə saxladıq ki, öyrənək marşrut taksilərin əhaliyə axşam saat 8-ə qədər xidmət göstərməsi planlaşdırılırmı.

“Növbətçi marşrut axşam şəhərə çıxır sadəcə candar kəndin getmir rayon mərkəzində hərəkət edir. Oradan 200-300 metr piyada yol qalır. Kiminsə problemi varsa 300 metri piyada getməklə heçnə olmaz. Başqa imkanımız yoxdur. Məndə çox şey istəyirəm amma yoxdur”.

Eləcə də Qriqol Calağonianın dediyinə görə avtoparkın imkanı yoxdur ki, marşrut taksini axşam saatlarına qədər hərəkət etdirsin və düşünür ki, Xaruqə Namazovadan başqa heç kimi bu problem narahat etmir Ancaq Xaruqə namazovanın sözlərinə görə əgər yerli hökumət yaxın gələcəkdə problemi həll etməzsə əhali aksiya keçirmək üçün hazırdır.

Radio Marneuli

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register