Marneulidə “Gürcü Arzusu” partiyası namizədləri mediyasız təqdim etdi

“Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası Marneulidə namizədlərin təqdimatı ilə seçki qabağı kampaniyaya başladı. Partiya və onun yerli liderləri Sadaxlı kəndinin namizədi olaraq Marneuli bələdiyuəsinin keçmiş bələdiyyə sədri Nəbi Abdullayevi, Dəmyə Görarxıda isə icra başçısının keçmiş müavini Heydər Musayevi təqdim etdilər. Biz Ruslan Hacıyev və yerli əhali ilə söhbət etdik.
Radio “Marneuli” Sadaxlıda bir neçə dəqiqə əvvəl Gürcü Arzusunun yeni namizədi ilə gedib əhali ilə görüşdüyü çayxanada oldu. Biz istəyirdik ki, yaxınlaşan seçkilərdə necə dəstək göstərəcəklərini onların özündən eşidək.
Biz çayxanaın ətrafındakı ailəyə qonaq getdik. Onların çoxu isə bu gün baş tutan təqdimat haqqında heçnə bilmirdi.
21 oktyabr tarixində marneuli bələdiyyəsində yerli özünüidarəetmə seçkiləri baş tutacaq.
Radio Marneuli
Amil Məmmədov2286 Posts
0 Comments