Marneuli şagirdlərinin “FLEX” proqramında iştirak imkanları var

Gələcək liderlərin dəyişmə proqramı “Flex” 2018-2019 akademik illəri üçün hazırlığa başlayır. Bunun vasitəsilə yuxarı sinif şagirdlərinin imkanı var ki, Amerika məktəblərində oxusunlar, Amerika ailələrində yaşasınlar. Proqramı isə Amerika hökuməti maliyyələşdirir və beynəlxalq təhsilin Amerika şuraları rəhbərlik edir. Flex proqramında iştirak etmək üçün müəyyən kriteriyalar var ki, bu haqda Flex proqramının repruteri Dodo Qotsiridze bizimlə danışdı.
“Biz gurcüstanda ümumtəhsil məktəblərindən 10-11-12-ci sinif şagirdlərini dəvət edirik. 2001 ci ilin 1 yanvarindan 2003-cü ilin 13 iyul tarixinə qədər anadan olanlar və son 5 il ərzində ABŞ da yaşamamış olmalıdırlar, ingilis dilini bilməli və Amrika vizası üçün sənəd daxil edə bilməlidirlər”.
Dodo Qotsiridze dedi ki, Flex proqramında eləcə də fiziki imkanları məhdud olan şəxslər də iştirak edə bilərlər ki, bu da çox vacibdir.
“Fiziki imkanları məhdud olan şəxslər də iştirak edirlər. Onlar üçün digər mərhələyə keçid şərtləri fərqlidir. Onlar 7-8-9-10-11 ci sinif şagirdləri də ola bilərlər. 2000 ci ilin 16 fevralindan 2003-cü ilin 16 iyuluna qədər anadan olmuş olmalıdırlar. Bu dövr onlar üçün fərqlidir. qalan şərtlər onlar üçün də eynidir. Proqramda iştirak etmək üçün xüsusi hazırlıq təlimi keçirlər. onların cəmiyyətdə aktivliyi olduqca vacibdir”.
Flex proqramında 2014-2015-ci tədris ilində marneulidən Fuad Qarayev iştirak edib. O, proqram haqqında öz müəllimindən eşidibmiş. Özünün dediyinə görə Amerikada keçirdiyi 1 il onu olduqca dəyişib.
“Amerikada keçirdiyim 1 il mənə çox şey verdi. ilk növbədə çox müstəqil oldum və çox şey öyrəndim. Çoxlu amerikalı dostlar qazandım. indi özümü daha sərbəst və açıq şəxs olaraq hiss edirəm”.
Sevil Məmmədova Flex proqramı haqqında qohumundan eşidib, 2015-ci ildə iştirak etməyə qərar verib və nəticəsi də özünü doğruldub. Onun sözlərinə görə, Amerikada olmaq olduqca məsuliyyətli olub.
“Əlbəttə ingilis dili üçün bu çox yaxşıdır. Həmdə amerikada ailələrin necə yaşadığnı məktəb həyatını öyərnirsən. Çox möhtəşəm il idi. İlk növbədə çox məsuliyyətli oldum”.
2017-ci ilin payızında və qışında Amerika Şuralarının nümayəndələri Gürcüstanın paytaxtında və bir neçə regionda testləşdirmə keçirəcəklər. Bu il də Amerikaya getmək üçün 80 şagird seçiləcək. Müsabiqə artıq elan olunub və Marneulidən iştirakçı qeydə alınmayıb.
Radio Marneulifm
Amil Məmmədov2286 Posts
0 Comments