“Gürcü Arzusu” merliyə namizəd olaraq 40-dan yalnız bir nəfər qadın təqdim edib
“Gürcü Arzusu” Gürcüstanın 40 bələdiyyəsində təqdim olunmuş merliyə namizədlərin siyahısını yayımlayıb. Siyahıdan məlum olur ki, yalnız bir bələdiyyədə qadın mübarizə aparacaq.
Bu Tianetinin merliyi uğrunda “Gürcü Arzusundan” mübarizə aparacaq Lela Qidesalişvilidir.
Yerli özünüidarəetmə seçkiləri 21 oktyabr tarixində baş tutacaq. Qüvvədə olan qanunvericiliyə əsasən yerli özünüidarədə icra başçısının əvəzinə merləri seçəcəklər.
Mənbə: netgazeti.ge
marneulifm1106 Posts
0 Comments