Tarixdə bu gün
Tarixdə bu gün 8.9.2017-cı il.
70-ci ilin 9 sentyabrında İmperator Titin rəhbərliyindəki Roma ordusu Qüdsü talan etdi.
9 sentyabr 1296-cı ildə Florensiyada Santa-Mariya-del-Fyore kilsəsinin bünövrəsi qoyuldu. Kilsə 140 il sonra, 1436-cı ildə tamamlanaraq xaç suyuna çəkildi. Bu memarlıq abidəsi Orta əsr və İntibah dövrü memarlığı arasında bir növ keçid mərhələsini simvolizə edir.
1522-ci ilin bu günü Fernan Magellan (Fernão de Magalhães) tərəfindən başladılan ilk dünya səyahəti başa çatdı. Magellan özü yolda vəfat etmiş, onun 5 gəmisindən yalnız Huan Elkanonun (Juan Sebastián Elcano) rəhbərliyində “Viktoriya” gəmisi geriyə salamat qayıtmış, 237 nəfər heyət üzvündən cəmi 18-i sağ qalmışdı.
1529-ci ilin 9 sentyabrında Sultan Süleyman Qanuninin rəhbərliyindəki Osmanlı imperiyası Budapeşti fəth etdi.
9 sentyabr 1636-cı ildə ABŞ-ın ən qədim universitetlərindən olan Harvard Universitetinin əsası qoyulmuşdur.
1930-ci ilin bu günü 3М şirkətinin əməkdaşı Riçard Dryu yapışqanlı lent – skotçu kəşf etmişdir.
9 sntyabr 1978-ci ildə Tehranda şah rejimi əleyhinə nümayişlər iğtişaşlara səbəb oldu. Hərbçilərin nümayişçilərə atəş açması nəticəsində 122 nəfər həlak olmuş, 2000 nəfər yaralanmışdı.
Müəllif: Amil Məmmədov
Amil Məmmədov2286 Posts
0 Comments