Texno xəbər

TexnoXeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

“Facebook” şəbəkəsi şərhlər üçün nəzərdə tutulmuş rəngli fon funskiyasını test edir. Keçən ilin dekabrından “Facebook”da istifadəçilərə rəngli mətn postlarını paylaşmaq imkanı verilib. Şərh bölməsində isə rəngli fon funksiyasının rəsmi şəkildə hamı üçün nə zaman təqdim olunacağı bilinmir.

1

Dünyanın ən geniş yayılmış ani mesajlaşma xidməti olan “WhatsApp” ödənişli olacaq. “WhatsApp” şirkət hesablarını ödənişli edəcək yenilik üzərində çalışır. “WhatsApp”ın əməliyyat direktoru Matt Idema iş adamları, qurumlar üçün yaratdıqları əlavə xidmətlərə görə ödəniş alacaqlarını açıqlayıb. İdema ödənişli xidmətə nələrin daxil olduğunu və zaman rəsmən xidmətə başlayacağını açıqlamayıb: “Detallar hələlik təsdiqlənməyib”. Test edilən yenilik böyük şirkətlərə məxsus olan hesablarla daha rahat əlaqə qurmaq üçün yaradılıb. “WhatsApp”ın öz bloqundakı açıqlamada belə yazılıb: “Kiçik şirkətlər üçün pulsuz olan “WhatsApp Business” tətbiqinə əlavə ediləcək yeni xidmətlər test mərhələsindədir”. “Facebook” 2014-cü ildə hazırda istifadəçi sayı 1 milyardı ötən “WhatsApp”ı  22 milyard dollara satın alıb. Yaxın günlərdə bu xidmət hesabların rəsmi olduğunu sübut edən yaşıl işarə özəlliyini əlavə etmişdi.

2

Edinburq Universitetinin professorları insanın daxilini göstərən kamera yaradıblar. Alimlər bu cihazın xəstələrin daxili orqanlarını yoxlamaq üçün əlverişli olduğunu bildiriblər. Vücudun müxtəlif hissələrinə ötürülə bilən texnologiya fərqli şəkildə istifadə edilir. Bu kameranın gələcəkdə həkimlər üçün mühüm avadanlığa çevriləcəyi bildirilib.

https://www.flickr.com/photos/144535053@N04/37099513015/in/dateposted-public/

Fləş yaddaş və daşıyıcılar sahəsində öz həlləri ilə tanınan ABŞ-ın “SanDisk” şirkəti 400 QB tutumunda yaddaşa malik “microSD” kart təqdim edib. 400 QB tutumunda informasiyanı yadda saxlamaq üçün 285 min ədəd 3,5 düymlük disket lazımdır. Əgər bu disketləri bir-birinin üzərinə qoysaq, onda 10 km hündürlüyündə sütun yaranar. “SanDisk” şirkəti yeni kartına 10 il müddətinədək zəmanət verir. Məlumatların ötürülmə sürəti saniyədə 100 MB təşkil edir. Dırnaq ölçüsündə kartın qiyməti 250 dollardır.

4

“Facebook” “insan” mimikasına malik bot yaradıb. “Facebook” sosial şəbəkəsinin proqramçıları yalnız istifadəçinin üz ifadəsini təhlil deyil, həm də həmsöhbətin mimikasına reaksiya vermək qabiliyyətinə malik “Learn2Smile” alqoritmini yaradıblar. Layihənin əsasını təşkil edən süni intellekt “Skype” servisində 250 videokonfransı təhlil edib. Alqoritm danışıq zamanı hər bir sifətdə 68 standart nöqtənin yerləşməsini araşdırıb. Bu məlumatlar əsasında “Learn2Smile” alqoritmi əsas sifət ifadələri və qeyri-şifahi siqnalların kataloqunu tərtib edib. Məlumdur ki, insanlar həmsöhbətin söz və emosiyalarına reaksiya verərək bir neçə ümumi hərəkət icra edirlər: baş ilə salam verir, baş əyir, göz qırpır. Alqoritmin yaradıcıları qeyd ediblər ki, hətta ağız və qaşların hərəkəti son dərəcə informativ ola bilər. Proqramçıların sözlərinə görə, onların layihəsi avtomatik video köməkçilərlə ünsiyyəti daha rahat etmək üçün nəzərdə tutulub. Gələcəkdə belə botlar daha da təkmilləşəcək və onların dizaynı detallaşdırılacaq.

5

Yapon şirkəti “Aspark”, Frankfurt avtosalon tədbirində özünün istehsalı olan Owl adlı hiperkarı təqdim edəcək. Şirkətin hazırladığı avtomobil, saatda 100 km sürəti 2 saniyədən az vaxtda yığır. Dünyanın digər böyük avtomobil istehsalçılarının bu mövzu barədə yarışda olduqları halda, adının indiyənə kimi bəlkə də çox az adam tərəfindən eşidilən yapon şirkəti, dünyanın ən elit avtomobillərini sürət baxımından geridə qoya bilər. Şirkət təmsilçiləri bildiriblər ki, onların hazırladıqları hiperkar, sözün əsl mənasında sıfırdan 100 km-ə qədər sürəti 2 saniyədən az müddətə yığacaq. Saatda 100 km sürəti tez müddətdə yığan dünyanın ən sürətli avtomobili hələki Dodge Challenger SRT Demon-dur. O, saatda 100 km sürəti yığmaq üçün 2.3 saniyə vaxt sərf edir. Bu baxımdan o, Bugatti Chiron-dan bir qədər sürətlidir. Belə ki, Bugatti Chiron, həmin nəticəni 2.4 saniyə ərzində əldə edir. Owl adlı hiperkar barəsində hələki məlum olan tək şey, onun elektrik yük qurğusuna və yüngül təkər disklərinə sahib olacağıdır. Şirkətin məlumatına əsasən avtomobilin gövdəsi, karbon liflərindən hazırlanıb. Onun hündürlüyü isə 990 millimetrdir. Yerdə qalan bütün texniki parametrlər isə 1 həftə sonra keçiriləcək Frankfurt avtosalonu tədbirində təqdim olunacaq. Owl, 2014-cü ildən bəri hazırlanır.

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register