Texno xəbər

Texno Xeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Telefonlarda, demək olar, heç istifadə edilməyən funksiyalardan biri təyyarə rejimidir. Bu rejim təyyarə ilə səfər zamanı nəzərdə tutulsa da, müxtəlif məqsədlər üçün faydalı şəkildə istifadə etmək olur. Belə ki, telefon enerji yığarkən təyyarə rejimində olarsa, 2 dəfə tez dolar. Ya da, yatanda telefonu təyyarə rejiminə qoyaraq beyninizi müxtəlif zərərli şüalardan qorumaq, həm də enerjiyə qənaət etmək olar. Çünki bu rejimdə telefon heç bir siqnal qəbul etmir.

1

Feysbuk sosial şəbəkəsinin proqramçıları yeni funksiya tərtib ediblər. Tərtib olunan “Learn2Smile” alqoritmləri görüntülü danışıq zamanı həmsöhbətin üz mimikasına uyğun şəkildə cavab vermək xüsusiyyətinə malikdir. Layihə Skaypın süni intellekt sistemi əsasında yaradılıb və sınaq testləri zamanı insan üzündə 69 standart nöqtəni fokuslayıb. Tərtibatçılar qeyd edib ki, insanların ən kiçik emosiyalarını, rekasiyalarını belə həmin anda cavablandıra biləcək “Learn2Smile” alqoritmləri görüntülü söhbəti daha da maraqlı və əyləncəli etmək üçün hazırlanıb. Sözügedən sistemin gələcəkdə daha da təkminləşdirilməsi nəzərdə tutulur. “Learn2Smile” alqoritmlərinə daha fərqli işarələrin əlavə olunacağı deyilib.

2

Alimlər sifəti qismən görünən insanları tanıyan alqoritm yaradıblar. Hindistan və Böyük Britaniyadan olan alimlər qrupu tərəfindən təqdim edilmiş sifətin tanınması alqoritmi sifəti qismən görünən insanı yüksək dəqiqliklə tanımaq qabiliyyətinə malikdir. Alimlər tərəfindən təqdim edilmiş alqoritm dərin təlim əsasında işləyir və insanı onun sifətindəki 14 nöqtə üzrə (göz, qaş, dodaq və sairə) tanıyır. İlk dəfə oxşar alqoritm indiki layihənin əsas müəllifinin iştirakı ilə 2014-cü ildə hazırlanıb. Təkmilləşdirilmiş alqoritm iş prosesində əvvəlcə dəqiq neyron şəbəkəsinin köməyi ilə insanın sifətində 14 lazımi nöqtəni axtarıb tapır. Bundan sonra maskalanmış sifətdə qeyd edilmiş nöqtələr ayrıca məlumat bazasında saxlanılan sifəti görünən şəkillərdəki nöqtələrlə müqayisə edilir. Alimlər alqoritm üzərində iş zamanı onu iki məlumat bazası üzrə yoxlayıblar. Birinci məlumat bazası sifəti tamamilə görünməyən insan şəkillərindən ibarətdir. İkinci baza isə sifəti nisbətən bağlı şəkillərdən ibarətdir. Alqoritm sınaqlar zamanı birinci bazadakı şəkilləri 62,6%, ikinci bazadakı şəkilləri isə 78,4% dəqiqliklə aşkar edib.

3

Yaxında təqdim olunması gözlənilən Huawei Mate 10-un yeni görüntüləri də ortaya çıxdı. Buyurun qarşınızda maraqla gözlənilən Huawei Mate 10-un videosu!Phablet anlayışının Samsung Galaxy Note modelləriylə həyatımıza girişindən sonra bu sahədəki işləri davam etdirən bir digər firma da Huawei-dir.  16 oktyabr tarixində təşkil oluncaq fəaliyyətlə Huawei Mate 10 modelini təqdim edəcək. Fəaliyyət tarixi bütün sürətiylə yaxınlaşarkən, Huawei Mate 10 haqqında yaşanan sızıntılar da davam edir. Bu gün ortaya cihazın vizualları və videosu çıxdı. Yayımlanan videoda cihazın hazırlanmış 360 dərəcəlik görünüşləri iştirak edir. Bu görünüşlərin də bu günə qədər sızdırılan sxematiklər və daha əvvəlki modellər ilə təxmini dizaynların birləşməsindən yola çıxaraq hazırlandığını ifadə edək. Sözü daha çox uzatmadan sizləri Mate 10 və Mate 10 Pro olaraq iki fərqli modellə satışa təqdim ediləcək olan bu cihazın videosuna aşağıdan baxa bilərsiniz.

Əgər mouse istifadə edərkən rahat edə bilmirsinizsə, Logitech tərəfindən inkişaf etdirilən yeni mouse modeli MX ERGO istifadəçilərə sərhədsiz rahatlıq vəd edir!Logitech, həssaslıq və rahatlığa önəm verən istifadəçilər üçün hazırladığı MX ERGO Wireless Trackball Mouse modelini təqdim etdi. Touchpad-lərə alternativ axtaran və trackball istifadə etməyi sevənlər üçün hazırlandı. Standart mouse istifadəsiylə müqayisədə əzələ gərilməsini yüzdə 20 nisbətində azaldan mouse, altında olan nizamlana bilən metal dəstəyi sayəsində mouse-un 0-20 dərəcə arasında bir bucağa nizamlanmasını təmin edir. Logitech Easy-Switch və Logitech Flow texnologiyasına sahib MX ERGO, eyni anda birdən çox cihazı problemsiz şəkildə nəzarət edərək, kompüterlər arasında məzmun və sənədləri kopyalayıb yapışdırma şansı tanıyır. Yalnız 1 dəqiqə içində 1 tam günlük istifadə üçün kafi güc əldə edən mouse, tam şarj edildiyində təxminən 120 gün komfortlu bir istifadə təqdim edir. Logitech MX ERGO Trackball Mouse-in sentyabr ayında təklif olunan pərakəndə qiyməti 109 avro ilə satışa təqdim edilməsi gözlənilir.MX ERGO Wireless Trackball Mouse texniki xüsusiyyətləri. Ölçülər: 98 mm x 47 mm x 135 mm. Ağırlıq: 260 gr. Əlaqə: Unifying ve Blueooth. Şarj: 120 gün.

4

“Microsoft” korporasiyası “Excel” proqramında sənədlərin real vaxt rejimində birgə redaktəsi funksiyasını istifadəyə verib. Məlumata görə, bir neçə istifadəçiyə eyni elektron cədvəllə eyni vaxtda işləməyə imkan verən yeni funksiya dəyişiklikləri avtomatik sinxronlaşdıraraq real vaxt rejimində əlavə edir. İmkandan “OneDrive”, biznes üçün “OneDrive” və ya “SharePoint” proqramlarında saxlanılan sənədlər üçün yararlanmaq mümkündür. Bildirilir ki, ABŞ korporasiyası “Excel” proqramında birgə redaktə funksiyası ilə yanaşı, sənədlərini “OneDrive” və “SharePoint” proqramlarında saxlayan “Office 365” istifadəçiləri üçün “Word”, “Excel” və “PowerPoint” əlavələrində avtomatik saxlama funksiyasını təqdim edib. Əvvəllər “Office Insider” proqramının iştirakçılarının yararlandığı imkandan indi hamı istifadə edə biləcək.

5

Telekommunikasiya avadanlığı istehsalçısı “Ericsson” şirkəti 1 qiqabitlik “LTE” şəbəkəsinin kommersiya fəaliyyətinə başladığını elan edib. Bu layihədə Çinin “China Unicom” mobil rabitə operatoru İsveç şirkətinin partnyoru qismində çıxış edib. “Ericsson” şirkətinin nümayəndəsi bildirib ki, “Gigabit LTE” şəbəkəsi abunəçilərə məlumatların yüksək sürətlə ötürülməsini təmin edir. İşə salınmış şəbəkə məlumatları saniyədə 979 Mbit/s-dək ötürməyə imkan verir. Nəticədə, məsələn, mobil şəbəkə vasitəsilə “Full HD” təsvir ölçülü filmi 13 saniyə ərzində yükləmək mümkündür.

6

Yaponiyanın “Panasonic” elektronika istehsalçısı “IFA 2017” beynəlxalq sərgisi çərçivəsində ilk dəfə ictimaiyyətə “OLED” matrisalı şəffaf televizor prototipini təqdim edib. Texnologiya “ağıllı şüşə” adlanır. Hazırda belə panellərdə teleseriallara və filmlərə baxmaq müəyyən narahatlıq yaradacağı üçün onlardan harada istifadə oluna biləcəyini təsəvvür etmək çətindir. Lakin mütəxəssislər əmindir ki, gələcəkdə onları “ağıllı” mebelə, müxtəlif məişət texnikasına inteqrasiya etmək, eləcə də interyer bəzəyi kimi istifadə mümkün olacaq. Məlumata görə, şəffaf televizor ekranının təsvir ölçüsü 3840 x 2160 piksel təşkil edir ki, bu da “Ultra HD” standartına bərabərdir. Qurğu tam multimedia mərkəzi funksiyalarına, o cümlədən internetə çıxış, musiqi dinləmək, səsli komandaların tanınması imkanlarına malikdir. Bildirilir ki, “Panasonic” şirkətinin sərgi stendində televizor gözəl demoversiya nümayiş etdirib, qurğunun altında isə müxtəlif animasiyaları göstərən əlavə ekran quraşdırılıb. Ekranın arxasında, həmçinin sərgi iştirakçılarının panelin şəffaflığını qiymətləndirməsi üçün iki şəffaf şüşə piramida yerləşdirilib.

7

ABŞ-ın Texas ştatında alimlər tərəfindən hazırlanmış cihaz on saniyə ərzində xərçəng toxumasını aşkar edə bilir. Görünüşü qələmə bənzəyən “MasSpec Pen” adlı cihaz erkən xərçəng xəstəliyinin aşkarlanmasına kömək edəcək və gələcəkdə müvəffəqiyyətli müalicələrin olmasına şərait yaradacaq. Austin Universitetinin Kimya professoru Liviya Eberlinin məlumatına görə, sadə və asanlıqla istifadə olunan cihaz tezliklə tibb müəssisələrinə paylanacaq.

8

Kanadalı mühəndis Çarlz Bombardier Günəş sistemindəki planetlər arasında insan və əşya nəqliyyatını təmin edəcək sürət qatarı icad edəcəyini deyib. Mütəxəssis “Günəş Ekspressi” adlandırdığı layihəsi haqqında “Daily Mail”-a açıqlama verib. O bildirib ki, sözügedən sürət qatarı (“kosmos qatarı”) saniyədə 3 min kilometr sürətlə hərəkət edərək Aya 2 dəqiqədə çata biləcək. Marsa 37 saata çatacaq “kosmos qatarı” ən uzaq planet olan Neptuna isə 18 günə çata biləcək. Bombardier kosmos səfərinin ən çox xərc tələb edən sahələrdən olduğunu dilə gətirərək bildirib ki, bu gün NASA-nın texnologiyası ilə Marsa səyahət etmək üçün nə az, nə çox 260 gün vaxt lazımdır. Lakin “Günəş Ekspressi” sistemi bu sahədəki sürət və zaman mərhələlərini aradan qaldıracaq.

9

“Amazon” şirkəti danışan uçan aparatların yaradılmasına patent hüququ əldə etmək üçün ABŞ Patent və Əmtəə Nişanları Bürosuna müraciət edib. Patentə görə, “Amazon” dronları informasiya tələb etmək və ya sualları cavablandırmaq üçün yaxınlıqdakı insanla səsli dialoq qura biləcək. Həll təkcə təhlükəsizlik məqsədilə deyil, müştərilərin rahatlığı üçün faydalı olacaq. Məsələn, danışan uçan aparatdan çatdırılmanı başqa vaxta keçirməyi xahiş etmək mümkün olacaq. Bundan başqa, patentdə qeyd olunur ki, dron insandan ona sifariş verməzdən əvvəl identifikasiyadan keçməyi tələb edəcək. Məlumata görə, “Amazon” hazırda dronlarla çatdırılmanın səhvsiz yerinə yetiriləcəyinə zəmanət verə bilmir. Belə ki, patentdə aparatın enerjisinin tükənə, nə iləsə toqquşa və ya çaşqınlıq vəziyyətinə düşə bilməsi göstərilir. Danışmaq imkanı sayəsində dron yaxınlıqdakı insandan lazımi əməliyyatların yerinə yetirilməsini (dronun olduğu yer barədə məlumat vermək, onun yerini dəyişmək, açmaq, idarəetmə mərkəzinə və ya enerjidoldurma yerinə göndərmək) xahiş edəcək.

10

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register