Saimerlo kəndinin uşaq bağçası qəzalı vəziyyətdədir
Saimerlo kəndinin uşaq bağçası köhnə binanın qəza vəziyyətində olmasına görə fəaliyyətini yeni binada davam etdirəcək. Mövzu haqqında radio “Marneuli” ilə müsahibəsi zamanı uşaq bağçalarının birləşməsinin direktoru Zaur Kərəmov məlumat verdi.
“Biz məlumat aldıq ki, bağçanın fəaliyyət göstərdiyi bina qəzalı vəziyətdədir, apardığımız yoxlayışlar nəticəsində məlum oldu ki, orada qəzalı hal var və gündən günə vəziyyət pisləşir, orada uşaqların təhsilini davam etdirməsi düzgün deyil. Biz hal-hazırda alternativlər axtarırıq ki, yeni bina tikilənə qədər uşaqları oraya yerləşdirək”- Zaur Kərəmov qeyd edir.
Kərəmov eləcə də yeni uşaq bağçasının tikintisi üçün munisipolitet tərəfindən tender elan olunduğunu və işlərin Noyabr ayında başlayacağını bildirdi. Yeni 180 nəfərlik uşaq bağçası fəaliyyətini gələn ildən başlayacağı güman edilir.
Radio Marneuili
Şəlalə Əmircanova516 Posts
0 Comments