Tsereteli məktəbinin şagirdləri yeni tədris ilinə Saimerlo məktəbində başlayacaqlar

news4

Marneuli Munisipolitetinin Tsereteli kəndinin məktəbində təmir işləri Minilliklərin Çağırış Fondunun “Milenium” layihəsi çərçivəsində Gürcüstanın Elm və Təhsil Nazirliyinin dəstəyi ilə davam edir. Tsereteli kəndinin direktoru Marina Macaraşvilinin dediyinə görə, məktəbdə 350 şagird təhsil alır. Buradan 50 şagird erməni sektorunda təhsil alır, 300 şagird isə yeni tədris ilində təhsilini Saimerlo kəndinin ictimai məktəbində davam etdirəcək. Şagirdlər üçün nəqliyyat olacaq və şagirdlər ikinci növbədə təhsil alacaqlar.

“Faktiki olaraq biz artıq Saimerlo məktəbinə keçmişik, alternativ sahə olaraq həmin bina bizim üçün ayrılıb. Keçən il yayda, 2016-cı ilin avqustunda Gürcüstanın Elm və Təhsil nazirliyinin dəstəyi ilə Saimerlo məktəbi və Tsereteli arasında müqavilə bağlandı. Biz artıq məktəbə keçmişik və artıq yeni tədris ili üçün baza açılıb, hazırlıq prosesindəyik və uşaqların qəbulunu gözləyirik”- Marina Macaraşvili qeyd edir.

Saimerlo kəndinin ictimai məktəbinin direktoru Nino Mtvarelidzenin dediyinə görə, məktəb Tsereteli kəndininin şagirdlərini qəbul etmək üçün artıq hazırdır.

“Saimerlonun ictimai məktəbi və əməkdaşları artıq bir ildir bilirik ki, Tsereteli  məktəbinin şagirdləri bizim məktəbdə təhsil alacaqlar. Bu haqda biz artıq qərar qəbul etmişdik və müvafiq olaraq biz hazırıq ki, Tsereteli məktəbini bir il ərzində qonaq edək. Bir daha qeyd edim ki, biz hərtərəfli hazırıq ki, Tsereteli məktəbinə hər tərəfli yardımçı olaq”- Nino Mtvarelidze qeyd edir.

Min illiklərin çağırış fondunun “Milenium” layihəsi çərçivəsində həyata keçirilən müsabiqədə  2400 məktəb iştirak edirdi və 100 məktəb maliyyə dəstəyi qazandı. Qeyd edilən layihə çərçivəsində Marneulinin 5 saylı ictimai  məktəbi, Tsereteli ictimai məktəbi və Qaçağan 1 saylı ictimai məktəbləri təmir edilir.

Şəlalə Əmircanova Radio Marneuli

 

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register