Marneulidə QHT və beynəlxalq təşkilatlar seçkiləri müşahidə edəcəklər

extra news radio1

 

Bu gün, 8 sentyabr tarixində Ədalətli Seçkilər və Beynəlxalq Demokratiya Cəmiyyəti 2017-ci ilin yerli özünüidarəetmə seçkilərinin seçkidən əvvəlki dövrünün monitorinqi haqqında mətbuat konfransı keçirdi. Təşkilat monitorinqi 24 iyuldan 4 sentyabra qədər olan dövrdə həyata keçirib. Təşkilatın hüquqşunası Nino Rijamadze bizimlə müsahibəsi zamanı Marneulidə hələ ki,  pozuntu qeydə alınmadığını bildirdi .

Hesabatımızda Marneuli ilə bağlı məlumatlar yoxdu çünki  bizim müşahidəmiz zamanı orada böyük bir pozuntu baş verməyib. Nino Rijamadze Gürcüstan miqyasında olan pozuntular haqqında da danışdı.

İki  fiziki zorakılıq, 2 təzyiq və təhtid faktı qeydə alındı, 1  siyasi məsələlərə əsasən işdən azad edilmə faktı Ozurgetidə qeydə alındı, 3 admnistariv resusrların istifadəsi faktı, 1 müşahidəçilərin işinə mane olamq faktı və yerli özünüidarədə büdcənin böyüdülməsinin 40-a qədər faktı qeydə alındı.

Rijamadzenin dediyinə görə necə ki, Marneuli Munisipolitetinin yerli büdcəsinə olduğu kimi, eləcə də başqa yerli özünü idarəetmə büdcələrinə mərkəzi büdcədən transfer kimi əlavə məbləğ ayrılacaq.

Hər bir munisipolitetdə büdcələr çoxaldı.  Maliyyə dəstəyi əsasən sosial, səhiyyə və infrastruktur sahələrin layihələri üçün idi.

Ədalətli seçkilər kimi Marneulidə hal-hazırda davam edən seçki prosesini Çoxmillətli Gürcüstan müşahidə edəcək.

Əsaəsn biz 100 faiz olaraq Marneuli, Rustavi, Qori, Axaltsixe və Axalkalakiyi  əhatə edəcəyik, hər bi məntəqədə bizim müşahidəçilərimiz olacaq və məntəqə açılandan son səs sayımları bitənədək orada olacaqlar.

2017-ci ilin yerli özünüidarə seçkilərini beynəlxalq təşkilat NDİ bu il də müşahidə edəcək, Tamara Sartamia təşkilatın planları haqqında danışdı.

Biz yerliözünüidarə üçün üzünmüddətli müşahidəçilər çağırmışıq, qrupda 15 müşahidəçi var onlar iki nəfərlik qruplara bölünəcəklər və Gürcüstanın regionlarında çalışacaqlar. Kvemo Kartlidə də olacaqlar. Marneulidə də müşahidəçilərimiz olacaqlar. Bir uzun müddətli müşahidəçimiz MSK-yı, biri dövlət audit xidmətini, bir müçahidəçimiz isə yalan məlumatların yayılmasını müşahidə edəcək.

2017-ci ilin 21 oktyabr tarixində Marneulidə yerli özünüidarə seçkiləri baş tutacaq.

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register