Turan agentliyinin direktoru Mehman Əliyev həbsdən buraxılıb
Turan.az-ın məlumatına görə bu gün Yasamal Rayon Məhkəməsi Turan agentliyinin direktoru Mehman Əliyevin barəsində həbs qətimkan tədbirini dəyişib. Onun həbsi polis nəzarətinə verilməsi ilə əvəzlənib. Bu barədə vəkil Fuad Ağayev bildirib. Mehman Əliyev artıq həbsdən buraxılıb.
Azərbaycanın informasiya agentliyi Turanın rəhbəri Mehman Əliyev vergilərdən yayınmaqda və vəzifə səlahiyyətlərindən sui istifadə etməkdə ittiham olunurdu. Agentlik rəhbərini 37 min manat (22 min dollar) dəyərində verginin ödənməməsində günahlandırırdılar.
Əliyev bildirib ki, dövlət onun agentliyinin hesablarına qadağa qoyub. Ona qədər isə Azərbaycanın Vergilər Nazirliyinin nümayəndələri Turan-ın ofisində axtarış aparıblar və maliyyə sənədlərini aparıblar.
Turan informasiya Agentliyi 1990-cı ildə yaradılıb. Azərbaycan təşkilatlarının “Reportyorlar sərhəddən kənar” 2017-ci ilin hesabatlarına əsasən, mətbuat azadlığı reytinqində 162-ci yeri tutur.
Mənbə: 1tv.ge; turan.az
marneulifm1106 Posts
0 Comments