İrma Qurquliani tullantıların və kimyəvi maddələrin idarəsi xidmətinin rəhbər müavini

qa

Gürcüstan parlamentinin insan hüquqlarının müdafiəsi və mülki inteqrasiya komitəsi, gender kvotası haqqında qanunvericiliyi dəstəkləyib. Buna əsasən parlament seçkiləri  zamanı  proporsial siyahıda hər ikinci namizdə fərqli cinsdən olmalıdır. 8 deputat dəstəkləyib və bir deputat qarşı çıxıb. Qanunlayihənin təşəbbüskarlarından biri “Gürcüstanın gənc hüquqşünaslar assosiasiyası təşkilatının nümayəndəsi İrma Pavliaşvili deyir ki, beynəlxalq təcrübəyə əsasən qadın nümayəndələri parlamentdə minim 30-dan 50 faizə qədər olmalıdır.

“Siyasi partiyalar yerli özünüidarə və ya parlament seçkilərində proporsial siyahını gender baxımdan balanslaşdırılmış şəkildə təqdim etməlidirlər. əgər belə etməzlərsə seçki komissiyasının səlahiyyəti çatır ki səhv olduğunu qeydə alsın. Ancaq səhv düzəldikdən sonra partiya qeydiyyat edə biləcək. Qanunda onuda nəzərəd tutmuşuq ki belə olan halda parlament deputatı və ya sakrebulo nümayəndəsinin mandatı vaxtından əvvəl dayandırılacaq. Onun yerinə lazım olan cinsin nümayəndəsi siyahıda yer alacaq”.

Biz küçə sorğusu apardıq və marneuli sakinlərindən soruşduq ki, qadınların siyasətə fəal qoşulmasını dəstəkləyirlərmi.

Qanunlayihənin qanun adı alması üçün onu daha iki nəfər hüquqi və regional siyasi komitələr dəstəkləməlidir. Sonra isə parlament üç dinləmə ilə təsdiqləməlidir. Gürcüstanın gənc hüquqşünaslar assosiasiyasının nümayəndəsi irma pavliaşvilinin gümanına əsasən Gürcüstan parlamenti kvotalaşdırılma haqqında qanunu 2017 ci noyabrın sonunda qəbul etməlidir.

Radio Marneuli

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register