“Avropa İttifaqındakı problemlər Gürcüstanın inteqrasiyasını ləngidir”-Giorgi Marqvelaşvili
“Avropa İttifaqında mövcud olan problemlər və hadisələr Gürcüstanın inteqrasiyasını ləngidir”,- Bu haqda Gürücstan Prezidenti Giorgi Marqvelaşvili Euronews-a verdiyi müsahibədə deyib. Onun dediyinə görə Avropa İttifaqı qərarların ona üzv olan ölkələrin birgə demokratik şəkildə alınması prinsipi ilə yaradılıb.
“Əgər hansısa bir mövzu ətrafında narazılıqlar yaranırsa, misal “Breksit” mövzusu kimi, o zaman qərar qəbul edilmə prosesi ləngiyir və əlbəttə ki, bu prosesdə Rusiya faktıda bir faktoru təmsil edir”,- deyir Gürücstan Prezidenti .
Giorgi Marqvelaşvili eləcə də xüsusi olaraq qeyd edib ki, Rusiya çox aqressiv şəkildə Gürcüstanın və Ukraynanın Avropa İttifaqına yaxınlaşmasına reaksiya göstərdi.
Mənbə: kvira.ge
Şəlalə Əmircanova516 Posts
0 Comments