Texno xəbər

Texno Xeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Bir sıra “Android” smartfon istehsalçıları son qabaqcıl modelləri “High Dynamic Range” (HDR) rejimini dəstəkləyən ekranlarla təchiz etməyə başlayıb. Problem isə funksiyanın “Netflix” və oxşar servislər kimi yalnız bir neçə proqram tərəfindən dəstəklənməsindən ibarətdir. Bundan başqa, “HDR” rejimini dəstəkləyən kontent indiyədək çox azdır və ya onun üçün ödəniş etmək tələb olunur. Lakin “YouTube” servisinin son yenilənməsi “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən bəzi smartfonlara “HDR” rejimini dəstəkləyən videodan istifadəyə imkan verir. “High Dynamic Range” funksiyasını dəstəkləyən videonun üstünlüklərini “Samsung Galaxy S8”, “Galaxy S8 Plus”, “Galaxy Note 8”, “LG V30”, “Sony Xperia XZ Premium”, “Google Pixel” və “Pixel XL” qurğularının sahibləri qiymətləndirə bilərlər. Hazırda “YouTube”da yeni funksiyanı yalnız qeyd edilən qurğular dəstəkləyir. Funksiyadan, həmçinin “Samsung Galaxy Tab S3” və “LG G6” qurğularında istifadə gözlənilir. Qeyd edək ki, “YouTube” servisində hazırda “HDR” rejimini dəstəkləyən videoya az rast gəlinir.

1

Mütəxəssislər son illərin populyar “Nokia” telefonlarından ibarət retro reytinqini tərtib ediblər. Müasir “Apple” cihazlarının və “Android” platformasında çalışan smartfonların güc gəlməsinə baxmayaraq, bir çoxları hələ də Finlandiya istehsalı olan ölməz telefonlarını saxlayıblar. Sözsüz, “Nokia”dan danışarkən, biz əfsanəvi “Nokia 3310” modelini də nəzərdə tuturuq. Bundan əvvəl, “Xpress Music” seriyasına aid cihazlar da mövcud olub. Bura isə xüsusilə stereo dinamikli “Nokia X2-00” telefonu da daxildir. Açılıb-bağlanan telefonlar arasında mütəxəssislər “Nokia 6131” telefonunu qeyd ediblər. Belə ki, bu telefonun açılıb-bağlanması üçün düyməsi və yaxşı ekranı vardı. Həmçinin qeyri-adi zahiri görünüşdə qəbiri xatırladan “Nokia X2-0” cihazlarını da yada salmamaq olmur.

2

Merilend Universitetinin alimləri yeni təhlükəsiz elektrolit növü yaratmağa müvəffəq olublar. Iki il bundan əvvəl bir qrup alim tərəfindən yaradılmış su əsasında işləyən elektrolitin gərginliyi 3 volt təşkil edirdi. Elektrolitin istifadəsi təhlükəsiz olsa da, enerjini çox saxlaya bilmirdi, buna görə kommersiya məqsədilə istifadə üçün əlverişli deyildi. İndi alimlər su əsasında işləyən elektrolitin analoqunu yaratmağa nail olublar. Lakin mütəxəssislər problemlə üzləşiblər. Məlum olub ki, su əsasında işləyən elektrolitlərdən ibarət akkumulyatorlar qısa işləmə müddətinə malikdir. Əgər alimlər bu problemi həll etsələr, onda smartfonlarda quraşdırılan batareyalar daha təhlükəsiz olacaq.

3

“Windows” və “macOS” üçün “Google Drive” proqramı gələn ilin mart ayında öz fəaliyyətini dayandıracaq. “Google” şirkətinin məlumatına görə, dekabrın 11-də “Google Drive” masaüstü proqramının dəstəyi, gələn il martın 12-də isə fəaliyyəti tamamilə dayandırılacaq. Bu proqramı öz kompüterinə qurmuş istifadəçilərə oktyabrda bu barədə xəbərdarlıq ediləcək. Şirkət iki yeni proqramdan birini (istifadəçinin adi istehlakçı və ya biznes istifadəçi olmasından asılıdır) “Google Drive” proqramına əvəzetmə kimi təklif edəcək. “Google Drive” öz fəaliyyətinə davam edəcək. Veb-versiya, smartfonlar üçün proqramlar vasitəsilə bulud saxlanc sistemindən istifadə mümkün olacaq. İndi “Google” şirkəti məlumatların ehtiyat köçürülməsi və bulud sistemində saxlanılan fayllara giriş əldə etmək üçün iki yeni alət təqdim edir. “Backup and Sync” istehlak proqramı “Google Drive” və “Google Photos Uploader” proqramlarını əvəz edəcək. İnternet nəhəng tərəfindən korporativ seqment üçün təqdim edilmiş “Drive File Streamer” aləti lokal diskdə yerə qənaət edir və kompüterdən “Google Drive”da saxlanılan bütün fayllara daha sürətli giriş əldə etməyə imkan verir. “Faylların sinxronlaşdırılması və diskdə yer sahəsi kimi artıq vaxt alan qayğılarla vidalaşın”, – deyə ABŞ şirkətinin nümayəndəsi bildirib.

4

ABŞ-ın “SolarWindow Technologies” startapı tərəfindən pəncərələr üçün hazırlanmış maye örtük onları elektrik enerjisi hasil edən günəş panellərinə çevirir. Şüşə və ya ikiqat plastik pəncərə sistemlərinin üzərinə çəkilən örtük quruduqdan sonra nazik şəffaf plyonka (karbon materialı, hidrogen, azot və oksigendən ibarətdir) yaradır. Bu örtükdən keçən günəş işığı elektrik enerjisi hasil edir. “Adi günəş panelləri tutqundur, “SolarWindow” isə elektrik enerjisinin hasili zamanı arxitekturanın gözəlliyini qoruyub saxlamaq və pəncərələrin şəffaflığı üçün yeni texnologiya üzərində işləyir” – “SolarWindow” şirkətinin baş direktoru Con Konklin deyib. Sözügedən maye örtüyü hər şeydən əvvəl göydələnlərdə tətbiq etmək planlaşdırılır.

5

Facebook, yeni süni intellekt layihəsi ilə, insan davranışını öyrənməyi və təhlil etmək istəyir. Robotlar artıq süni zəka dediyimiz anlayışla birləşərək insan olmağa bir addım daha yaxınlaşdılar. Facebook isə bu vəziyyətin nə qədər irəliyə gedə biləcəyini öyrənməyi qarşısına məqsəd qoyan bir proyektə imza atdı. Skype üzərindən insanlarla söhbət edən, söhbətləri araşdıran bir süni zəka ilə insanlığı analiz etməyi  qarşısına məqsəd qoyan Facebook, qısa müddət içərisində öz hədəfinə çatacaq kimi görünür!İşlərə başlayalı qısa bir müddət olmasına baxmayaraq videolu söhbətlərdən insanların hərəkətlərini mənalandıran süni zəka, insanların mimikalarını istifadə etməyə başladı. Bəli və ya xeyr yazmaq yerinə başını yelləyərək cavab verə biləcək vəziyyətə gələn robot, bu hərəkətləri doğru və gecikmə olmadan reallaşdırmağı də bacarır. Facebook-un bu proyektlə gərçəkdə nəyi qarşısına məqsəd qoyduğunu bilmirik lakin hələlik əsl məqsədin bu il Kanadada keçiriləcək olan Beynəlxalq Smart Robotlar və Sistemlər Konfransında sərgiləməkdir.

6

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register