Müəllimlərin maaşı 600-700 lari olacaq

garibashvili-09

   Gürcüstanın baş naziri İrakli Ğaribaşvilinin bəyanatına əsasən müəllimlərin maaşı 2016-cı ildən yenə artacaq.    Hökumət iclasında İrakli Ğaribaşvilinin bildirdiyinə görə, 2015-ci ilin aprel ayında maaş artımının birinci mərhələsi başladı və müəllimin maaşı 405 lari oldu. Hökumət başçısı bildirdi ki, 2016-cı ilin aprel ayı üçün müəllimlərin orta maaşı 600-700 lari olacaq.

Baş nazir elm işçilərinin maaşları haqqında da danışdı. Ğaribişvilinin bildirdiyinə əsasən onların hakimiyyətə gəlməsindən sonra elm işçilərinin maaşı hiss ediləcək dərəcədə artdı və bu gün orta tədqiqat müəssisəsinin elmi işçisinin maaşı 600-700 larini təşkil edir.

Bununla yanaşı, hökumət iclasında təhsil naziri Tamar Sanikidze qeyd etdi ki, təhsilə ayrılan büdcə 372 lari artıb. Elə onun bəyanatına əsasən, 2017-ci ildə müəllimlərin maaşları yenə artacaq.

Mənbə: az.kvira.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register