Kvirikaşvili: Bizim ölkə üçün Saakaşvili çox təəssüfedici siyasi keçmişdir

bas-nazir

Baş-Nazir Qiorqi Kvirikaşvili Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvilinin Ukraynaya qayıtmasına dair ilk şərh verib. Baş-Nazirin dediyinə görə, Mixeil Saakaşvili tərəfindən Ukrayna sərhəddini aşmaq hüquqi dəyərləndirmə tələb edir.

“Burada siyasi dəyərləndirmələr yersizdir. İşimiz hüquqi kazusladı. Bizim ölkə üçün Saakaşvili siyasi  və çox təəssüfedici keçmişdir. İndi baş verənlər də təəssüfedicidir. Hüquqi dəyərləndirməni isə yaxşı olar ki, müvafiq institutlardan soruşasınız”, – deyə Qiorqi Kvirikaşvili bildirib.

Gürcüstanın keçmiş Prezidenti Polşa-Ukrayna sərhəddini 10 sentyabr tarixində aşıb. Mixeil Saakaşvilinin dəstəkçiləri sərhəddçilərə qarşı çıxaraq onu Ukrayna ərazisinə keçiriblər.

Mənbə: netgazeti.ge

http://netgazeti.ge/news/219917/

 

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register