Marneuli bələdiyyəsinin tullantiların idarə olunması haqqında beş illik planı yoxdur
Marneuli bələdiyyəsinin tullantilaın idarə olunması haqqında beş illik planı yoxdur Qanuna əsasən 2017-ci ilin sonuna qədər hər bir bələdiyyə onun ərazisində olan məişət tullantıları idarəsinin 5 illik planını qəbul etməlidir., tullantıların və kimyəvi maddələrin idarəsi xidmətinin rəhbərinin müavini İrma Qurqulianinin sözlərinə görə qeyd olunan plan üzərində çalışmağa 2015-ci ildə qəbul olunan qanundan sonra başlanmalı idi. Plana əsasən hər bir bələdiyyə beş il ərzində tullantıların idarəsi haqqında dəqiq planı və hansı inzibati vahiddə hansı növ işlərin aparılmasının lazım olduğunu müəyyən etməlidir.
“Munisipolitetin özü də beşillik planda servisini harada daha da genişləndirəcəyini müəyyən etməlidir. Tullantılar üçün sahə ayrılmalıdır və məhz büdcədə də bunun üçün ayrılacaq məbləğ nəzərə alınmalıdır”,-İrma Qurquliani qeyd edir.
Beş illik planın işlənməsi haqqında İrma Qurquliani marneuli bələdiyyəsi ilə sıx əlaqədən danışır.
“ Biz bu haqda görüş keçirdik. Bilmirəm siz iştirak etdiniz ya yox. bütün sənədləri gətirdik, öhdəlikləri izah etdik”,-İrma Qurquliani qeyd edir.
Buna baxmayaraq, Marneuli bələdiyyəsində qeyd olunan məsələni xatırlamırlar və bildirirlər ki, indiyə kimi tullantılarla bağlı həyata keçirilən işlər, son təhvil vermə müddəti 31 dekabr olan həmin beşillik planın bir hissəsidir və bu zamana kimi beşillik planın sənədləri üzərində çalışmalar başlamayıb. Marneuli bələdiyyəsinin analitik xidmətin rəhbəri İrma Macaraşvili deyir ki, tullantılar haqqında məlumat onların xidmtəi tərəfindən işlənilib və marneuli əhalisinin 50%-nin xidməti üçün bir milyona qədər lari xərclənəcək.
“Analitik şöbə tərəfindən məlumat araşdırıldı. Bu tullantıların idarəsi planının tərtib olunmasına dəstək olacaq. Biz qeyd olunan məsələ üzərində çalışırıq. Tullantıların idarəsi ilə bağlı munisipolitetdə hansı vəziyyətin olduğu haqda məlumatımız var. Problemləri və statistik göstəriciləri öyrənmişik. Qeyd olunan məlumatların əsasında planlayırıq ki ilin sonuna qədər strateji plan hazırlansın. Planda tullantilarin idarəsi ilə bağlı munisipolitetin məqsədi qeyd olunacaq”- İrina Macaraşvili qeyd edir.
İrina Macaraşvili həyata keçirilən işlər haqqında danışıb.
“Bizim əldə etdiyimiz məlumatlara əsasən munisipolitetin yarı hissəsi tullantılardan təmizlənir. 285 zibil konteyneri yerləşdirilib. Tullantiların daşınmasına 5 xüsusi maşın xidmət göstərir. Bütün munisipoliteti əhatə etmək üçün munisipolitetə təqribən 6 milyon lari lazımdır”-İrina Macaraşvili qeyd edir.
Tullantılarla bağlı marneuli sakinləri ilə bu problemin onları narahat edib etmədiyini öyrənmək üçün sorğu apardıq.
Məişət tullantılarının idarə olunması planları məcəlləsi ilə təyin edilmiş müddətdə (2017-ci ilin 31 dekabr tarixinə qədər) işlənilməsi və onun keyfiyyətli şəkildə həyata keçirilməsi məqsədi ilə, bələdiyyələrdə işçi qrupları yaranacaq. Ancaq, marneuli bələdiyyəsində artıq 13 nəfərlik komissiya mövcuddur ki, onlar məişət tullantıları haqqında işləri həyata keçirməyə məcburdular.
Radio Marneuli
Şəlalə Əmircanova516 Posts
0 Comments