OSGF: Soros fondlarının bağlanması ilə bağlı məlumat həqiqət deyil

cms-image-000000721

“Açıq Cəmiyyət Gürcüstan” Fondu xüsusi bəyənat yayıb və bildiri ki, İsrael, Macarıstan və Makedoniyada Soros fondlarının bağlanması ilə bağlı məlumat həqiqətə uyğun deyil. Təşkilat tərəfindən yayılan bəyənatda deyilir ki, fondun İsraeldə heç vaxt ofisi olmayıb:

“Açıq cəmiyyətin fondlarının mərkəzi ofislərindən biri Macarıstanda, konkret olaraq Budapeştdədir. Macarıstan hakimiyyəti tərəfindən cəhd göstərilib ki, Mərkəzi Avropa Universiteti bağlansın, ancaq bu cəmiyyətin kəskin reaksiyasına və etirazına səbəb olub. Nəticədə isə universitet bugündə fəaliyyətdədir.

“Açıq Cəmiyyətin” Makedoniyadakı ofisi də heç bir maneəçilik olmadan fəaliyyətini davam etdirir və ölkənin Avropaya inteqrasiyası və vətəndaş cəmiyyətinin gücləndirilməsinə dəstək olacaq təşəbbüsləri maliyyələşdirməyə davam edir”, – deyilir bəyənatda.

Bugün baş tutan aksiyada “Gürcü Marşı”nın təşkilatçıları tanınmış xeyriyyəçi, Corc Sorosun təsis etdiyi “Açıq Cəmiyyət-Gürcüstan” fondunun bağlanmasını tələb edirdilər. Bildiriblər ki, İsraeldə, Macarıstanda və makedoniyada Açıq Cəmiyyətin fondlarını bağlayıblar.

“Açıq Gürcüstan” Fondunun fəaliyyəti Rusiya Federasiyasında qadağan olunub. Fond Rusiyada dövlətə qarşı fəaliyyət ittihamı ilə 2015-ci ildə bağlanıb. 2015-ci ildə fondun fəaliyyətini Azərbaycanda da dayandırıblar.

Mənbə: Netgazeti.ge

http://netgazeti.ge/news/220043/

 

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register